Top.Mail.Ru
MÜSAHİBƏ

Bakı tarazlığı ALT-ÜST ELƏDİ: Xəritə DƏYİŞİR – İki bölgə birdən MÜSTƏQİLLİK İSTƏDİ

KAİM.az onunla müsahibəni təqdim edirik.

Saytların yığılması Saytların yığılması

– Erməni mənbələri demarkasiyanın növbəti mərhələsinin Dərələyəz, Zod, Zəngəzur və anklavların yerləşdiyi ərazilər istiqamətində olacağını yazırlar. Bu iddia nə qədər doğrudur, niyə məhz bu istiqamətlər?

– İndiki məqamda erməni mənbələrində yayılan məlumatlar daha çox daxili auditoriyaya hesablanır, əksəriyyəti həqiqəti əks etdirmir. İddia edirlər ki, guya Azərbaycan Dərələyəz istiqamətində 12 müdafiə mövqeyini tələb edib. Hesab edirəm ki, bunlar Ermənistanda hökumət əleyhinə etirazları bir az da qızışdırmaq üçün ortaya atılan tezislərdir. Əlbəttə, bütün hallarda delimitasiya və demarkasiya bütün sərhəd boyu aparılacaq. Amma indiki məqamda proses ardıcıllıq yox, “mübahisə doğuran ərazilər” üzrə aparılsa, bu da bir məntiq hesab oluna bilər. Zatən, mübahisə doğurmayan ərazilərdə bu işi aparmaq asandır. Bir müddət əvvəl Paşinyan da bildirmişdi ki, delimitasiya və demarkasiya Bakının təklifi ilə “mübahisə doğuran ərazilər”in olduğu Tavuş və Qazax istiqamətində başlayır.

Proseslə bağlı iki variant mümkündür. Birincisi, iş şimaldan cənuba doğru ardıcllıqla aparıla bilər. İkinci məntiq bu ola bilər ki, tərəflər daha çox “mübahisə doğuran ərazilər”ə yönəlsinlər.

– Ümumiyyətlə, ermənilərin Azərbaycana qaytarmalı olduqları ərazilər təkcə anklavlarla məhdudlaşır? Bilmədiyimiz başqa ərazilər varmı?

– Əslində vaxtilə, xüsusən də SSRİ-nin son dönəmlərində bəzi ərazilərimiz “örüş, otlaq və əkin yerləri” adı ilə Ermənistana verilib. Bu da qanuni əsasa malik deyil, hansısa rəsmi qərarlar olmayıb, sərhədyanı rayonlar və ya təsərrüfatlar arasında şifahi razılaşmalar çərçivəsində olub. Bunu yaxınlarda vaxtilə Ermənistan Kənd Təsərrüfatı Nazirliyində işləmiş bir şəxs də etiraf edib. Onun sözlərinə görə, bu, təsərrüfatlararası sxemlə aparıldığı üçün bununla bağlı hansısa hüquqi baza yoxdur. Hələ 1980-ci illərdə Azərbaycan mediası bu haqda yazmışdı. Qazax, Gədəbəy, Qubadlı və Zəngəzur istiqamətlərində bəzi ərazilərin müxtəlif adlar altında ermənilərə verilməsinə dair məlumatlar var. İndi bunların dəqiqləşdirilməsi aparılmalı və geri qaytarılmalıdır. Hesab edirəm ki, delimitasiya və demarkasiya zamanı bu məsələyə də diqqət çəkilməlidir.

– Fransanın müstəmləkəsi altında olan Yeni Kaledoniya və Polineziyanın nümayəndələri Azərbaycanda səfərdədirlər. Sizcə, bu kiçik adaların təmsilçilərini ölkəmizə gətirən səbəblər nədir? Parisin Fransua-Ksavye Bellami kimi deputatları və siyasiləri ittiham edirlər ki, Azərbaycan Fransanı dağıdır. Niyə Parisdə Bakının addımlarından – müstəmləkəçilikdən azad olmaq istəyən xalqların ədalətli mübarizəsinə dəstəyindən narahat olublar?

– Əslində Fransa dövləti və siyasətçiləri Parisin əsrlərdir müxtəlif xalqlara qarşı törətdikləri cinayətlərlə bağlı daha çox məlumatlara malikdirlər. Həmin bölgələr Fransadan onminlərlə kilometr aralıda yerləşir. Fransa həmin bölgələrdə yaşayan xalqların müstəqilliklərini qəbul eləmir, onların azadlıq mübarizələrini boğmağa çalışır. Azərbaycanda Qoşulmama Hərəkatına sədrlik etdiyi dörd il ərzində müstəmləkəçiliklə bağlı mövqeyini açıq bəyan edib. Müstəmləkəçiliyə qarşı mübarizə Azərbaycanın xarici siyasətində əsas prioritetlərdən biridir. Azərbaycan bəyan edib ki, koloniolizmin əleyhinədir, müstəmləkə altında olan xalqların azadlıq mübarizəsinə dəstək verir. Bu, hansısa separatçılığı dəstəkləmək deyil, tamamilə fərqli məsələdir. Bu, hanısa ölkənin daxilində bir kiçik etnik qrupu dəstəkləmək deyil.

Fransanın Yeni Kaledoniya. Polineziya, Fransız Qvineyası və bəzi digər bölgələri işğal etdiyi tarix məlumdur. Bu işğallar XIX əsrdə baş verib. Həmin bölgələrdə müstəmləkəçilik bu gün də davam edir. Yerli xalqların hüquqları var, müstəqillik istəyirlər. Azərbaycanın mövqeyi aydındır: dünyada ədalət bərpa olunsun, müstəmləkəçilik kimi iyrənc bir rejim yer üzündən silinsin. Yeni Kaledoniya və Polineziya nümayəndələrinin səfərlərinə də bu kontekstdə baxmaq lazımdır. Bakı Təşəbbüs Qrupu məhz müstəmləkəçiliyin aradan qaldırılması istiqamətində fəaliyyət göstərən bir formatdır. Azərbaycan BMT Nizamnaməsinə uyğun hərəkət edir.

Bakının təşəbbüsü ilə Fransanın Azərbaycan daxilində separatizmi dəstəkləməsi fərqli anlayışlardır, eyniləşdirmək mümkün deyil. Frana uzun müddət erməni terrorizmi və faşizminə dəstək verərək, Azərbaycan ərazilərinin işğalda qalmasına ciddi dəstək göstərib. Fransa bu gün də hansısa formada separatizmi diriltməyə çalışır. Ermənilər artıq öz müqəddəratlarını təyin ediblər, dövlərtləri var. Azərbaycan ərazisində yaşayan ermənilərdən də bir tələb vardı: ölkəmizin qanunlarını qəbul edənlər burada yaşaya, etməyənlər gedə bilərlər. Onlar da ikinci seçimi etdilər.

Yeni Kaledoniya, Polineziya və digər Fransa müstəmləkələri ilə bağlı durum tam fərqlidir. İşğal altında olan həmin bölgələrdə yaşayan yerli xalqlar öz hüquqları və azadlıqlarını istəyirlər. Bu hüquq və azadlıqlar da müdafiə edilməlidir. Azərbaycan məhz bunu etdiyinə görə, Fransa qıcıqlanır. Fransanı qıcıqlandıran odur ki, Azərbaycan bu haqlı azadlıq hərəkatlarına dəstək verir, əsarət və işğal altında olan bu xalqların öz səslərini dünyaya çatdırmaları üçün imkan yaradır. Bunu da gizli yox, açıq formada edir. Bu, Fransanın müstəmləkə siyasətinə tam zidd siyasətdir. Bu, müstəmləkə siyasətinin bundan sonrakı davamına əngəl yaradan əsas faktorlardan biridir. Fransa məhz buna görə bu qədər qəzəblidir.

– Fransa müstəmləkələrində baş qaldıran xalq üsyanları müstəqilliklə nəticələnə bilərmi? Hesab etmək olarmı ki, Fransanın müstəmləkəçi imperiyası dağılır?

– Müstəmləkəçilikdən azadolma prosesi XX əsrin ortalarından başlayıb, 1950-60-cı illərdə kütləvi hərəkat halını alıb. Proses bu gün də davam edir. Məhz 1960-cı illərdə Fransanın işğalı və müstəmləkəsi altında olan bəzi xalqlar öz azadlıqlarına qovuşdular. Bura əsasən Mərkəzi, Qərbi və Şimali Afrika ölkələri daxildir. Fransa həmin bölgələrdə müstəmləkəçiliyin davamı üçün xüsusi sxemlər qurmuşdu. Elə bir vəziyyət yaratmışdı ki, ölkələr həmişə Fransadan asılı olsunlar. Amma vəziyyət elə gətirdi ki, Fransa Mərkəzi, Qərbi və Şimali Afrikadan qovulmağa başladı. Bu gün də davam edən həmin prosesin qarşısını almaq mümkün deyil.

Müasir dünyada müstəmləkəçilik kimi iyrənc rejimlərin yaşamları daha da çətinləşir. Fransa bu baxımdan zəif nöqtələrə malikdir. Fransa bunun qarşısını ala bilməyəcək. Çünki Yeni Kaledoniya son 20 ildə öz müstəqilliyi uğrunda daha ciddi şəkildə mübarizə aparır. 1984-cü ildə yaradılan Kaledoniya Milli Qurtuluş Cəbhəsi güclənir. Bura Polineziya və digər müstəmləkələrdə formalaşan azadlıq hərəkatları da daxildir. Hesab edirəm ki, bu xalqların apardıqları mübarizələr çox da uzaq olmayan gələcəkdə uğurla nəticələnəcək və öz azadlıqlarını əldə edəcəklər.

Bənzər yazılar