Xəzər dənizində 5,7 maqnitudalı zəlzələ olub

İyulun 4-də Xəzər dənizinin Azərbaycan sahillərində 5,7 maqnitudalı zəlzələ baş verib.
Kaim.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələ yerli vaxtla saat 00:01-də qeydə alınıb.
Məlumata əsasən, yeraltı təkanların episentri Xaçmaz rayonundan 80 kilometr şimal-şərqdə, ocağı isə 20 kilometr dərinlikdə yerləşib.
***
00.22
Xəzər dənizində 5,7 maqnitudalı zəlzələ baş verib.
Bu barədə Kaim.az-ya Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Qeyd edək ki, zəlzələ Azərbaycanın bir neçə rayonunda və paytaxt Bakıda hiss olunub.
***
00.06
Xaçmaz rayonunda zəlzələ qeydə alınıb.
Kaim.az-ın şimal bürosunun verdiyi məlumata görə, zəlzələ rayon mərkəzində hiss olunub. Dağıntı və itki barədə məlumat yoxdur.