Top.Mail.Ru
Ölkə

21 ölkə HƏRƏKƏTƏ KEÇDİ: “Hava hücumundan qorunmaq üçün…”

Almaniya kansleri Olaf Şolts vahid Avropa hava hücumundan müdafiə sisteminin yaradılması ideyasını dəstəklədiyini bildirib.

Musavat.com xəbər verir ki, bu barədə məlumat Almaniya hökumətinin saytında dərc olunub.

Saytların yığılması Saytların yığılması

Müraciətdə deyilir:

WhatsApp Image 2024-02-24 at 15.19.13.jpeg (15 KB)

“Avropalı qonşularımızla birlikdə havadan hücumların qarşısını almaq üçün “qoruyucu qalxan” (European Sky Shield) yaradacağıq. Almaniyanın bu təşəbbüsünə 21 ölkə qoşulub. Başqa ölkələr də bu ideyaya maraq göstərib. Avropanın işlək müdafiə sənayesinə ehtiyacı var, ona görə də birgə əməkdaşlıq vacibdir”.

Xatırladaq ki, Şolts 2022-ci il avqust ayında yeni vahid hava hücumundan müdafiə sisteminin yaradılması ideyasını ifadə etmişdi.

Həmin ilin oktyabr ayında 14 NATO ölkəsi daha təkmil Avropa hava hücumundan müdafiə sistemi yaratmaq üçün Brüsseldə bəyannamə imzalayıb.

Bənzər yazılar