Top.Mail.Ru
Ölkə

Türkiyə ordusunun 9 əsgəri şəhid oldu: F-16-lar havaya qaldırıldı

İraqın şimalında Türk Silahlı Qüvvələrinin 9 əsgəri şəhid olub, 16 əsgər yaralanıb. 

Musavat.com xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri tərəfindən İraqın şimalında PKK/KCK terror təşkilatının fəaliyyətlərinin aşkar edilərək qarşısının alınması məqsədilə həyata keçirilən “Pəncə-Kilid” əməliyyatı çərçivəsində 12.01.2024-cü il tarixində saat 17.15 radələrində 23-cü diviziyanın komandanlığında Kırklareli 41-ci Komando Briqada Komandanlığının şəxsi heyətinin olduğu 1740 Hündürlük Təpə Baza Bölgəsinə PKK terror təşkilatı üzvləri tərəfindən sızma-hücum cəhdi edilib.

Saytların yığılması Saytların yığılması

İlkin məlumata görə, sözügedən hücum nəticəsində 9 qəhrəman əsgər şəhid olub, 16 əsgər yaralanıb.

Bölgədə qarşıdurmalar davam edir və F-16-lar havaya qaldırılıb.

***

İraqın şimalında Türk Silahlı Qüvvələrinin hərbçiləri şəhid olub.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda qeyd edilir ki, “Pəncə-Kilid” əməliyyatı bölgəsində hərbi bazaya sızmağa çalışan terrorçularla qarşıdurma baş verib, nəticədə 5 terk əsgəri şəhid olub, 8 türk əsgəri isə yaralanıb. Yaralanan əsgərlərdən 3-nün vəziyyəti ağırdır. 12 terrorçu zərərsizləşdirilib.

Bənzər yazılar