Top.Mail.Ru
Ölkə

BMT TŞ-yə sədrlik Fransaya keçdi – Azərbaycana yeni pislik fürsəti, yoxsa…

Parisin Bakı ilə konfrontasiyanı davam etdirmək istəyi hansı nəticələri verə bilər? Ekspertlərimizdən ilginc açıqlamalar və gözləntilər; deputat: “Hər cür məkrli siyasət davam etdirilə bilər, amma…”

Yanvarın 1-dən BMT-nin Təhlükəsizlik Şurasına (TŞ) sədrlik Ekvadordan Fransaya keçib. Fransanın BMT-dəki daimi nümayəndəsi Nikola de Rivyer bununla bağlı qurumun Nyu-Yorkdakı mənzil-qərargahında jurnalistlərə ay ərzindəki iş proqramını təqdim edib.

Saytların yığılması Saytların yığılması

İstisna deyil ki, BMT TŞ-də sədrliyi ələ alan Fransa özünü hansısa məqamlarda “təsdiqləməyə” çalışacaq. Son dövrlərdə Fransanın Afrikadakı uğursuzluqları, həmçinin Cənubi Qafqazla bağlı hədəflərinə çata bilməməsi Makron hakimiyyətinin onsuz da bərbad imicini tamamilə alt-üst edib. Fransa prezidentinin fürsət düşən kimi Azərbaycanla “haqq-hesab çəkməyə” cəhd göstərəcəyi də şübhə doğurmur. Bir müddət öncə Fransa şəhərlərindən birində Azərbaycan parkında milli elementlərimizin götürülməsi, həmçinin Natəvanın abidəsi ilə bağlı vandal yanaşma bu ölkənin demokratiya və mədəniyyət adına xəyanətinin növbəti qara nümunələri oldu. Bakı ilə Paris arasında diplomatik qalmaqal da yaxın keçmişdə baş verib və fəsadların ortadan qaldırılması istiqamətində qarşı tərəfdən hər hansı təşəbbüs müşahidə olunmur.  “Azərbaycanla Fransanın bir-birinin iki diplomatını persona-non-grata (arzuedilməz şəxs) elan etməsindən sonra iki ölkə arasında münasibətlərin ”mövcud durumu və vəziyyəti ən aşağı nöqtədədir”, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov məlum hadisənin ardınca keçirdiyi mətbuat konfransında bildirib. Rəsmi Paris dekabrın 27-də açıqlayıb ki, “qarşılıqlı olaraq” Azərbaycanın Fransadakı səfirliyinin iki əməkdaşını persona-non-qrata elan edib. Bundan bir gün əvvəl Azərbaycan Fransa səfirliyinin iki əməkdaşını “diplomatik statusa uyğun olmayan fəaliyyətdə” ittiham edərək “arzuolunmaz şəxs” elan etmiş və 48 saat ərzində ölkəni tərk etməsini istəmişdi. Azərbaycan Xarici İşlər Nazirliyi də azərbaycanlı diplomatların “arzuolunmaz şəxs” elan edilməsi üçün rəsmi Parisin hər hansı əsas təqdim etmədiyini açıqlayıb. Fransanın nəinki Azərbaycanda, həmçinin bir sıra digər postsovet ölkələrində də cəsus şəbəkəsini işə saldığına dair məlumatların ortaya çıxması da Makron hakimiyyətinin növbəti ifşası idi. Hər halda, Azərbaycan Fransanın anti-Azərbaycan planlarının növbəti həlqələrini kəsməyə, məkrli niyyətləri pozmağa nail oldu. Bəs BMT TŞ-yə müvəqqəti sədrlik Azərbaycana qarşı fəaliyyətdə rəsmi Parisə hər hansı üstünlük yaradırmı? Xatırladaq ki, ötən il Fransa BMT TŞ-də Azərbaycan əleyhinə qətnamə qəbulu üçün iki dəfə (avqust və oktyabr) təşəbbüs göstərib, lakin hər ikisi fiaskoya uğrayıb. Bəs növbəti cəhd olacaqmı?

Arzu Nağıyev: Mərkəzi Asiya ölkələri Azərbaycana böyük maraq göstərir - AZƏRTAC

Arzu Nağıyev 

Deputat, Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında tədbirli olmağın zəruriliyindən bəhs etdi: “Əgər diqqətlə bu bir aylıq planlamanı izləsək, görünən odur ki, əsas məqam Ukrayna və Rusiya, İsrail və HƏMAS, həmçinin digər müharibə və münaqişələrin  müzakirəsinə daha çox diqqət və üstünlük verilir… Fransanın sədr qismində açıqlaması aşağıdakı kimidir: 2024-cü il yanvarın 1-dən BMT Təhlükəsizlik Şurasına sədrlik bir aylıq müddətə Fransaya keçir. Fransa estafeti səlahiyyət müddəti 31 dekabr 2023-cü ildə başa çatan və prezidentliyi dövründə fəaliyyətini yüksək qiymətləndirdiyi Ekvadordan götürür. BMT Nizamnaməsi Təhlükəsizlik Şurasına beynəlxalq sülh və təhlükəsizliyin qorunması üçün əsas məsuliyyət verir”. A.Nağıyev qeyd etdi ki, Təhlükəsizlik Şurasının daimi üzvü kimi Fransa bu sahədə xüsusi məsuliyyət daşıyır və bundan sonra da məsuliyyət daşıyacaq: “Fransanın sədrliyi ilə Təhlükəsizlik Şurası Yaxın Şərq, Kipr, Haiti, eləcə də Ukrayna, Qərbi Afrika, Sudan, Suriya, Yəmən, Qarabağ, Kolumbiya və Mərkəzi Asiyada vəziyyətin monitorinqini davam etdirəcək.  Böyük humanitar böhranlar da gündəmdə olacaq. Bununla əlaqədar Fransa bir sıra mühüm görüşlər keçirəcək. Yanvarın 23-də Avropa və xarici işlər naziri Ketrin Kolonna beynəlxalq və regional tərəfdaşları bir araya gətirəcək Yaxın Şərqdəki vəziyyətə dair açıq nazirlər debatına sədrlik edəcək.  Bu tədbir siyasi, humanitar və təhlükəsizlik səviyyələrində böhranın həllində irəliləyişin əldə olunmasına töhfə verməlidir. Fransanın pislədiyi Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi də gündəmdə qalacaq. Rusiya təcavüzünün başlamasından təxminən iki il sonra beynəlxalq ictimaiyyət Ukraynaya və onun mülki əhalisinə dəstək olmaq üçün səylərini səfərbər etməlidir”. Deputat qeyd etdi ki, Fransa bu tərəfdaşların hər biri ilə yaxından işləmək imkanını alqışlayır və onların BMT Təhlükəsizlik Şurasının beynəlxalq sülhün və təhlükəsizliyin qorunması üzrə öz öhdəliklərini tam yerinə yetirə bilməsini təmin etmək öhdəliyinə səbirsizliklə ümid edir: “Bu münasibətlə Fransa Albaniya, Braziliya, Birləşmiş Ərəb Əmirlikləri, Qabon və Qananın 2022-2023-cü illər ərzində Təhlükəsizlik Şurasının üzvü kimi gördüyü işləri alqışlayır.  Bu il o, Əlcəzair, Cənubi Koreya, Qayana, Sierra Leone və Sloveniyanı iki illik mandatlarının başlaması münasibətilə təbrik edir. Buna baxmayaraq, yenə gündəlikdə Qarabağ məsələsi var. Deməli, hər cür məkrli siyasət davam etdirilə bilər… Ancaq hansı formada? Burada müharibə yoxdursa, ancaq “etnik təmizləmə”, “qaçqın” məfhumları qabardıla bilər, ancaq hansısa qətnamənin qəbul edilməsi inandırıcı görünmür. Çünki şurada regional maraqlı dövlətlər buna imkan verməz… Buna baxmayaraq, biz hər cür sürprizlərə hazırıq və öz siyasətimizi yürüdəcəyik”.

ABŞ Azərbaycana qarşı qadağa siyasətində geri addım atdı" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Fransanın BMT Təhlükəsizlik Şurasına sədrliyi dönəmi dünyada davam edən siyasi-hərbi böhrana təsadüf edir: “Təbii, Fransa çalışacaq ki, sədrliyi dövründə öz beynəlxalq və geosiyasi maraqlarını təmin etsin. Bu istiqamətdə siyasi təxribatlara əl atacaq. Qeyd edim ki, Fransanın Yaxın Şərqdə olduğu kimi, Cənubi Qafqazda da geosiyasi maraqları var. Bu regionda Türkiyə və Böyük Britaniya və Azərbaycan birliyinə qarşı müqavimət göstərir. Məhz bundan erməni amilindən sui-istifadə edir. Hazırda Azərbaycan və Fransa arasında siyasi böhran davam edir. Paris Azərbaycanın regionda yaratdığı geosiyasi nizamı qəbul etmir”. Politoloq xatırlatdı ki, Azərbaycan əleyhinə BMT TŞ qətnamələr irəli sürüb: “Parisin yenidən belə bir təşəbbüslə çıxış etməsi istisna deyil. Amma Böyük Britaniya və Rusiya, Çin bunun qarşısını ala bilər. Qeyd edim ki, dünyada siyasi balans pozulub və böyük dövlətlər öz ambisiyalarını həyata keçirmək üçün hərbi əməliyyatlardan və işğaldan çəkinmirlər. Fransa bu il ərzində daha vacib sülh və təhlükəsizliyin təmin olunması üçün çalışmalıdır. Xüsusilə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması istiqamətində gedən danışıqlara zərbə vurmamalıdır. Əgər Ermənistanı dəstəkləyirsə, bunu etməlidir. Amma Fransa üçün Ermənistan onun region maraqlarını həyata keçirməsi üçün bir vasitədir. Ona görə də Fransanın anti-Azərbaycan siyasəti regional sülhə təhdid yaradır. Bu da Ermənistan hakimiyyətinin apardığı siyasətə ziddir”. M.Əsədullazadə istisna etmir ki, Fransa BMT TŞ-dən öz maraqları üçün istifadə edəcək: “Necə ki, Avropa İttifaqını Azərbaycana qarşı qoymuşdu. Təbii ki, Parisin növbəti anti-Azərbaycan siyasəti fiaskoya uğrayacaq. Çünki Azərbaycan regionda aparıcı ölkədir”.

Azərbaycanın güclü orduya malik olması bir şərtdir - İlyas Hüseynov (ÖZƏL) - Turkic World

İlyas Hüseynov 

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov da təsdiqlədi ki, Fransa bu günə kimi BMT-nin Təhlükəsizlik Şurasından və digər beynəlxalq təşkilatlardan öz geosiyasi maraqlarını təmin etmək üçün istifadə edib: “Dəfələrlə ölkəmizə qarşı BMT-nin Təhlükəsizlik Şurası Fransanın təkidi ilə çağırılıb. Lakin buna baxmayaraq, bütün cəhdlər Azərbaycanın dostları sayəsində uğursuzluğa duçar olub”. İ.Hüseynovun sözlərinə görə, Yaxın Şərq və Ukrayna müharibəsi bu gün dünya siyasətinin əsas gündəmində olsa da, istisna edilmir ki, gələcəkdə Fransa öz maraqları naminə sədrlikdən istifadə etsin: “Burada əsas məqam bundan ibarətdir ki, Afrikada itirilən maraqlarını bərpa etmək naminə Rusiya və qardaş Türkiyə əleyhinə də bir sıra addımlar atıla bilər. Lakin bu sədrlik müvəqqətidir və keçicidir. Eyni zamanda bu gün BMT-nin Təhlükəsizlik Şurasının özünün islahatlara ehtiyacı var. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın məşhur “Dünya 5-dən böyükdür” tezisi bütün zamanlar üçün öz aktuallığını qoruyur”.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Bənzər yazılar