Top.Mail.Ru
Ölkə

Bu türk dövlətinin bütün qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirildi

Qazaxıstan Müdafiə Nazirliyi bütün növ silahlı qüvvələrin şəxsi heyətini döyüş hazırlığı vəziyyətinə gətirib.

Musavat.com Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, iyunun 6-da Silahlı Qüvvələrin bütün növlərinin, silahlı qüvvələrin birliklərinin, regional komandanlıqlarının, birləşmələrinin, hərbi hissələrinin və müəssisələrinin şəxsi heyəti döyüşə hazır vəziyyətə gətirilib.

Saytların yığılması Saytların yığılması

Şəxsi heyətin döyüş hazırlığı səviyyəsini yüksəltməyə xidmət edəcək bu proses 1 iyun 2024-cü ildə başlayır və 31 oktyabr 2024-cü ildə başa çatacaq.

Məlumata görə, daimi dislokasiya məntəqələrində, poliqonlarda, aerodromlarda, buraxılış mövqelərində və dənizdə həvalə edilmiş döyüş tapşırığını yerinə yetirməyə hazırlıq məsələləri və hər bir hərbi qulluqçu üçün prosedur praktiki olaraq işlənir.

Mətbuat xidməti qeyd edib ki, həyata keçirilən tədbirlər hərbi komandanlıq və idarəetmə orqanlarının işinin ahəngdarlığının artırılmasına, digər qoşun və hərbi birləşmələrlə qarşılıqlı fəaliyyətin səmərəliliyinin artırılmasına, şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsinə kömək edir.

Bənzər yazılar