Top.Mail.Ru
Ölkə

Dağıstanda DƏHŞƏT: Çox sayda ölü və yaralı var, əyləncə tədbirləri ləğv edildi

Mahaçqalada terrorçularla atışma nəticəsində 16 nəfər yaralanıb.

Musavat.com xəbər verir ki, onlardan 13-nün polis əməkdaşı olduğu bildirilir, digər 3 nəfər isə mülki şəxslərdir. Yaralılar xəstəxanaya çatdırılıb. Bu barədə Dağıstan Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.

Saytların yığılması Saytların yığılması

Mahaçqala rəhbərliyi növbəti xəbərdarlığa qədər şəhərdəki bütün əyləncə tədbirlərinin ləğv edildiyini elan edib.

Eyni zamanda Dərbənddə antiterror əməliyyatının aktiv mərhələsinin başa çatdığı qeyd olunur.

Mülki itkilərlə bağlı ilk məlumata görə, Dərbənddə bir keşiş, Mahaçqalada isə kilsənin mühafizəçisi öldürülüb. Bundan əlavə, Dərbənddə sinaqoq mühafizəçisi həlak olub.

Mühafizəçinin öldüyü Mahaçqala kilsəsində 19 nəfər silahlılardan gizlənib. Teleqram kanalları onların girov saxlandıqlarını yazıblar, lakin bu məlumat təsdiqini tapmayıb, hamı kilsədən çıxarılıb.

Dağıstan Daxili İşlər Nazirliyinin son məlumatına görə, Mahaçqalada dörd silahlı məhv edilib.

Bənzər yazılar