Top.Mail.Ru
Ölkə

İrəvan ÇALXALANIR: parlamenti binası qarşısına etiraz aksiyası öncəsi polis qüvvələri YERİDİLDİ

Ermənistan parlamenti binası yaxınlığında keçirilməsi planlaşdırılan etiraz aksiyası öncəsi İrəvanın mərkəzində polis qüvvələri toplaşır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, “Ayakve” (“Ermənistan referendumu”, “HayaVote”) adlı ictimai-siyasi təşkilat dekabrın 4-də Ermənistan parlamentinin binası qarşısında Qarabağın Azərbaycanın tərkibində tanınmasını cinayət sayan qanun layihəsinə dəstək məqsədilə mitinq keçirir.

Saytların yığılması Saytların yığılması

Revanşist “Ayakve” Ermənistanın Cinayət Məcəlləsinə 2 bəndin əlavə edilməsini təklif edir:

Ermənistan Respublikasının adından çıxış edən və öz hərəkətləri ilə Qarabağı başqa dövlətin bir hissəsi kimi tanıyan dövlət məmuru (bu halda təbii ki, Azərbaycan nəzərdə tutulur) 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Ermənistan Respublikası adından çıxış edən, öz bəyanatları və digər hərəkətləri ilə qondarma “soyqırım” faktını inkar edən və ya onun tarixi əhəmiyyətini, təhlükəsini azaldan dövlət məmuru da eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bənzər yazılar