Top.Mail.Ru
Ölkə

İran Pakistanı ballistik raketlə vurdu – İslamabaddan Tehrana sərt etiraz gəldi

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Pakistan ərazisinə raket zərbəsi endirib. SEPAH-ın yaydığı məlumatda zərbənin “Ceyş-i-Zalum” (Ədalət Ordusu) terror qruplaşmasının Bəlucistan əyalətindəki hədəflərinə endirildiyi bildirilir.

SEPAH-ın məlumatına görə, qrupun qərargahı ballistik raketlər və pilotsuz təyyarələrlə hücuma məruz qalıb. Üstəlik, bu zərbə İİKK-nın Pakistan ərazisinə ilk hücumu idi.

Saytların yığılması Saytların yığılması

Mənbə bildirib ki, “İİKK Pakistanın Bəlucistan əyalətindəki Ceyş-i-Zalum terror qruplaşmasının əsas bazasına ballistik raket və pilotsuz təyyarə ilə hücum edib”.

Bir gün əvvəl İran İraqın Ərbil vilayətinə də raket və dron zərbələri endirib.

Pakistanın Xarici İşlər Nazirliyi sərhəddəki insidentlə əlaqədar İranın müvəqqəti işlər vəkilini çağıraraq ona sərt etirazını bildirib.

Bu barədə Pakistanın XİN-in bəyanatında bildirilib.

“Pakistanın qətiyyətli etirazı artıq Tehranda İranın Xarici İşlər Nazirliyinin müvafiq yüksəkvəzifəli rəsmisinin diqqətinə çatdırılıb. Bundan əlavə, İranın müvəqqəti işlər vəkili Pakistanın suverenliyinin açıq-aşkar pozulmasını qəti şəkildə pislədiyimizi və bunun sonuclarına görə məsuliyyətin tamamilə İranın üzərinə düşəcəyini bildirmək üçün Xarici İşlər Nazirliyinə çağırılıb”, – XİN-in sənədində qeyd olunub.

Xatırladaq ki, yanvarın 16-da İranın İslam İnqilabı Keşikçiləri Korpusu (“Sepah”, İran Silahlı Qüvvələrinə daxildir) Pakistanın Bəlucistan əyalətinin Kühi-Səbz ərazisinə zərbələr endirib. Tehran iddia edib ki, hədəf oradakı “terror qruplaşmaları” olub. Eyni zamanda, İslamabad hadisə nəticəsində iki uşağın öldüyünü, daha üç nəfərin yaralandığını açıqlayıb.

 

Bənzər yazılar