Top.Mail.Ru
Ölkə

Makron yalançı XİLASKAR ROLUNDA – Fransa ordusu Ermənistana haradan GİRƏCƏK?

“2024-cü ildə biz sahil ərazilərimizin müdafiəsini yorulmadan təmin edəcəyik”. “Yeni Müsavat” bildirir ki, bu sözləri Fransa prezidenti Emmanuel Makron ölkənin silahlı qüvvələrinə müraciətində bildirib. 

“Bu il böyük bir millət olaraq üzərimizə düşən öhdəliklərlə üzləşəcəyik. Təfərrüatı açıqlamayacağam. Ancaq Balkanları, Ermənistanı qeyd edə bilərəm – hansı ki, diqqət mərkəzimizdədir, xüsusilə bizim mövqeyimizi gücləndirən və tarixi qərarlar verən Ermənistana münasibətdə…” – Makron bildirib.

Saytların yığılması Saytların yığılması

Bu da nə demək? Makron Fransası əlindən gələni edəcək ki, İrəvan Bakı ilə sülh anlaşması imzalamasın və yeni müharibə qaçılmaza çevrilsin?

Doğrudanmı o zaman regiona heç bir dəxli olmayan Fransanın ordusu min km-lərlə uzaqdan basa-basa Ermənistana köməyə gələcək? Bu istək olsa belə, o zaman bölgəyə hardan girəcək – İrandan, yoxsa Gürcüstan üzərindən? Bəlkə Azərbaycan və Türkiyədən? Bəs Tehran və ya Tiflis buna izn verərmi? Ermənistandakı Rusiya ordu kontingenti necə olsun?

“Qərb və ya NATO-nun zəmanətlərindən danışmaq fantaziya janrına aid bir şeydir. Çünki indiyə qədər Ermənistana zənglər, tövsiyələr, başsağlığı və s. istisna olmaqla, praktiki olaraq heç bir yardım göstərilməyib”. Bunu isə beynəlxalq məsələlər üzrə erməni ekspert David Karapetyan deyib. Təbii ki, Ermənistan üçün yaxa cıran Fransa eyni sıraya aiddir. Kapitulyant ölkəyə ən güclü və etibarlı təhlükəsizlik zəmanətini isə yalnız onun iki qapıbir qonşusu – Azərbaycan və Türkiyə verə bilər.

Natiq Cəfərli: “İnflyasiyanın və qiymət artımının səbəbi...” » Reyting.az

Natiq Cəfərli:

“Rusiyanı bildik, Fransaya nə düşüb ki, sülhə mane olur?!” 

REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərlinin bildirdiyinə görə, Fransanın Azərbaycana qarşı qərəzli, məntiqsiz, beynəlxalq hüquqa zidd davranışları, bəyanatları və siyasi mövqeyi absurd olmaqla yanaşı, bölgəmizdə sülhə də mane olur: “Rusiyanın sülhdə maraqlı olmadığını bildik – zatən bölgədə zəifləyib, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalansa, hər iki ölkəyə təsir rıçaqları daha da azalacaq, yaxşı, Fransaya nə düşüb ki, sülhə mane olur?! Belə çıxır ki, Rusiya ilə bu məsələdə əlbirdilər?! Azərbaycanla Fransa arasında 2023-cü ildə ticarət dövriyyəsi cəmi 536 milyon dollar olub, biz Fransaya 133 milyon dollarlıq mal satmışıq, Fransadan isə 403 milyon dollarlıq mal almışıq. Azərbaycanın ümumi ixracında Fransanın payı cəmi 0,39%-dir, ölkəmizə idxalda isə bu ölkənin payı cəmi 2,33%-dir. Yəni tutalım, Fransa ilə ticarət əlaqələri kəsildi, bunun nə bizə, nə də Fransaya heç bir təsiri olmayacaq. Bundan başqa, Fransanın indiki prezidenti Makron və onun “Renaissance” partiyası “axsaq ördəkdir”, siyasi səhnədən gedəcəklər, apardıqları siyasətə görə zatən nüfuzlarını itiriblər və Makron daha namizəd ola bilməyəcək. Deməli, cəmi 1 il siyasi “ömrü” qalan Makron və partiyasına küsüb emosional davranmaqdansa, onun rəqibləri ilə indidən işləmək lazımdır. Bundan başqa, diaspora fəaliyyətini gücləndirməyə ehtiyac var”. N.Cəfərli Fransada 500-600 min erməni seçicisi varsa, 1,5 milyon türkdilli ölkələrdən seçici də olduğunu yada salır: “Amma koordinasiya yox, vahid siyasət yox, bütün türkdilli ölkələrin iqtidarları özlərinə yaxın diaspora təşkilatları yaradırlar, onları maliyyələşdirirlər, onlar da dövlət deyil də, hökumət maraqları üçün çalışdıqları görüntüsü yaradırlar”.

Oxu.az - Ramiyə Məmmədova: “Hələ ki heç bir qırıcı və Türkiyəyə ekstradisiya edilən terrorçu görünmür” - MÜSAHİBƏ

Ramiyə Məmmədova:

“Fransız ordusunun Ermənistana yerləşməsi üçün gərək rus ordusu Gümrüdən çıxsın”

Siyasi ekspert Ramiyə Məmmədova Makronun açıqlamasını populizm sayır. Təhlilçi Fransanın hərbi kontingentinin regiona yerləşməsini nonsens hesab edir: “Buna Rusiya imkan verməz. Fransız ordusunun Ermənistana yerləşməsi üçün gərək rus ordusu Gümrüdən və sərhədlərdən çıxsın. Görünür ki, Makron Avropa İttifaqının patrul xidmətinin Ermənistanda fəaliyyətini nəzərdə tutur. Bu missiya da strateji planın tərkib hissəsidir. Fransa prezidenti regionda bu şəkildə mövcudluğa eyham vurub. Amma biz Fransanın növbəti hakimiyyəti ilə əməkdaşlığa fokuslanmalıyıq. Makron administrasiyası tarixə işğalçıları dəstəkləyən bir iqtidar kimi düşdü. Bundan sonra onlardan sülhə töhfə verməyi gözləməyə dəyməz”.

Ramiz Yunus: “Cəmil Həsənlini ona görə seçdik ki...”

Ramiz Yunus:

“Azərbaycan diplomatiyası dünyadakı mövcud siyasi vəziyyəti nəzərə alaraq, addımlar atmalıdır”

“Fransa Senatının Azərbaycana qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qətnaməsi 30 il əvvəl ABŞ Konqresinin erməni lobbisinin təzyiqi ilə qəbul edilmiş 907 saylı düzəlişi xatırladır”. Siyasi təhlilçi Ramiz Yunus bildirib. “Bütün bu illər ərzində Azərbaycan BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, ATƏT-in keçmiş Minsk Qrupunun üzvü olan Rusiya, ABŞ və Fransanın da lehinə səs verdiyi 4 qətnaməyə arxalanaraq öz suverenliyini və ərazi bütövlüyünü müdafiə edərək, son nəticədə təmin edib”, – o əlavə edib. Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsindən sonra Minsk Qrupunu tarixin arxivinə göndərdiyini xatırladan təhlilçi hesab edir ki, bu qələbə ilə Cənubi Qafqazda, ümumiyyətlə, regionda əsas oyunçu kimi əhəmiyyətli rolunu artıran Azərbaycan diplomatiyası dünyadakı mövcud siyasi vəziyyəti nəzərə alaraq, addımlar atmalıdır: “Şübhə etmirəm ki, Fransa Senatının indiki anti-Azərbaycan qərarı da tarixin zibil qutusuna düşəcək. Şərqdə deyirlər: “Yalnız müdafiə olunsan, qalib gələ bilməzsən, qalib gəlmək üçün hücuma keçmək lazımdır”.

Emil SALAMOĞLU

Bənzər yazılar