Top.Mail.Ru
Ölkə

Paşinyan “Hayastan” Fondunun pullarını “yeyib”-100 milyon dollar…/FOTO

Bildirilir ki,  bu dəfə çox az pul toplanması fonda güvənin azaldığını göstərir.Noyabrın 23-də “Sənin üçün, Ermənistan” devizi altında “Hayastan” Ümumerməni Fondunun sayca 26-cı telemarafonu keçirilib və  8,4 milyon ABŞ dollarına yaxın vəsait toplanıb. “Sənin üçün, Ermənistan” telemarafonudan toplanan  vəsaiti  Qarabağdan köçənlərin  həyat şəraitinin yaxşılaşdırılmasına, habelə sərhədyanı bölgələrin  inkişafına yönəlmiş layihələrə yönəldiləcək.  Məlumata görə, Ermənistan 552,372 $, Fransa 3,250,000, ABŞ yerli  3,100,000, Toronto (Kanada) yerli 500,000, Böyük Britaniya  450,000,  Argentina  160,690 $.  Almaniya – 66 400 ABŞ dolları, İsveçrə – 50 000 ABŞ dolları, Avstraliya – 27 000 ABŞ dolları, Avstriya – 25 900 ABŞ dolları, Rumıniya 4 360 ABŞ dolları ianə edilib.

89235_large.jpg (40 KB)

Musavat.com erməni mediasına istinadən yazır ki, Rusiyadakı nəhəng erməni diasporu  “Hayastan” Fondunun  aksiyasına heç bir dəstək verməyib.  Ermənilərin ianə etdiyi ölkələrin təqdim etdiyi siyahıda Rusiyanın adı yoxdur. Bundan başqa son illər “Hayastan”ın elan etdiyi marafonda bu qədər az vəsait yığılmayıb.  Məsələn, ötən  il telemarafon 11 milyon, 2021-ci ildə 12 milyon dollardan çox vəsait toplanmışdı, Rusiya ermənilərinin yekramos.org saytı bu barədə yazıb. Bildirilir ki, az pul toplanması “Hayastan”Fondana  güvənin azaldığını göstərir.  “44 günlük müharibə zamanı “Hayastan” Fondu “Biz və dağlarımız” devizi altında vəsait toplama proqramına təşəbbüs göstərdi. Kampaniya 170 milyon dollar topladı. Dünyanın hər yerindən ianələr gəldi, hamı, o cümlədən pensiyaçılar və uşaqlar fonda pul köçürdülər. Hərbi əməliyyatlar başa çatdıqdan bir müddət sonra məlum oldu ki, “Hayastan” Fondu bu vəsaitin böyük hissəsini  Ermənistan hökumətinin büdcəsinə  köçürüb. Söhbət 100 milyon dollardan çox məbləğdən gedir. Burada daha bir nüansı qeyd etmək vacibdir: o vaxtlar, hətta müharibə dövründə də Ermənistan hökuməti dövlət məmurlarına mükafat vermək praktikasından əl çəkmirdi. Nə olursa- olsun, bir sıra suallara hələ də dəqiq cavab yoxdur. Məsələn, “Hayastan” niyə hökumətə vəsait köçürüb? Nəyə görə pul yığımı zamanı hökumətə pul ayrılacağı barədə heç bir söz deyilməyib ? Hökumət Fonddan aldığı vəsaiti necə istifadə edib?” deyə, sayt sual edib.

Saytların yığılması Saytların yığılması

maxresdefault.jpg (72 KB)

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın kürəkəni, ölkənin Vatikandakı keçmiş səfiri Mikael Minasyan Nikol Paşinyanın Qarabağdakı müharibə zamanı fondun topladığı vəsaitin bir hissəsini israf edib. “Fondun pulları hökumətin hesablarına yatırıldıqdan sonra Ermənistan prezidenti və fondun qəyyumlar şurasının rəhbəri Armen Sərkisyan Arşamyana məktub göndərərək pulun dövlət büdcəsinə hansı məqsədlə köçürüldüyünü aydınlaşdırmağın lazım olduğunu söyləyib. Buna cavab olaraq, Arşamyan maliyyə nazirinə məktub yazıb və o, baş nazirə göndərib. Paşinyan isə məktuba cavab verməyib.

Musavat.com

Bənzər yazılar