Top.Mail.Ru
Ölkə

Paşinyan: Özünü kasıb hesab edənlərə rahat şərait yaratmaq fikrimiz yoxdur

Yeni təminatsız müavinət sistemi əvvəlcə ailə üzvlərinin gəlirlərini hesablayacaq, sonra isə onların təminatsızlıq səviyyəsini qiymətləndirəcək. Əmək qabiliyyətli şəxslər isə işləməlidir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu iyulun 11-də Ermənistan hökumətinin iclasında Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Saytların yığılması Saytların yığılması

“Kiminsə əmək qabiliyyətli insana kömək etməsi fikri sadəcə qəbuledilməzdir. Bu absurddur, dövlət əleyhinə düşüncədir. Əmək qabiliyyətli insan işləməlidir. Harada işləmək, necə işləmək – bu ikinci sualdır. Kasıb olmaq qərarına gələn və belə qalmaqda davam edən sevimli vətəndaşlarımıza rahat şərait yaratmayacağıq. Xeyr, biz onları təşviq etməli, lazım gələrsə, təzyiq göstərməliyik”, – deyə erməni baş nazir bildirib.

Bənzər yazılar