Top.Mail.Ru
Ölkə

Putin yeni hökumət kabinetini təsdiqlədi: Kimlər ona tabe deyil?

Rusiya prezidenti Vladimir Putin yeni nazirləri və baş nazirin müavinlərini təyin edib.

Musavat.com xəbər verir ki, onun müvafiq sərəncamları rəsmi mətbuatda dərc olunub.

Saytların yığılması Saytların yığılması

Qeyd edək ki, Rusiya hökuməti ilk dəfə olaraq 2020-ci ildə konstitusiyaya edilən dəyişikliklə nəzərdə tutulan yeni prosedura əsasən formalaşıb.

Bütün namizədlər əvvəllər parlamentdə nəzərdən keçirilib və təsdiq edilib. Üstəlik, namizədlərin Dövlət Duması və ya Federasiya Şurası tərəfindən təsdiqindən sonra Putin onları vəzifələrə təyin etməkdən imtina edə bilməzdi.

Bütövlükdə hökumətin tərkibinə rəhbərindən əlavə baş nazirin 10 müavini və 21 nazir daxildir. Nazirliklərin sayı və adı əvvəlki tərkiblə müqayisədə dəyişməyib.

Beş nazir birbaşa prezidentə tabedir: bunlar Daxili İşlər, Xarici İşlər, Müdafiə, Fövqəladə Hallar və Ədliyyə nazirliklərinin rəhbərləridir. Qalanların fəaliyyətinə hökumətin sədri rəhbərlik edir.

Bənzər yazılar