Top.Mail.Ru
Ölkə

Rusiyadan İLGİNC sülhməramlılar və Xankəndi AÇIQLAMASI gəldi -VİDEO

Rusiya Xarici İşlər Nazirliyi Qarabağın erməni sakinlərinə qarşı heç bir etnik təmizləmə aparılmadığını açıqlayıb. Zaxarova bəyan edib ki, Ermənistan tərəfinin Qarabağda ermənilərə qarşı etnik təmizləmənin aparılmasına dair sübutu varsa, təqdim etsin.

Ermənistan tərəfinin Qarabağdakı Rusiya Sülhməramlı Kontingentinin öhdəliyini yerinə yetirməməsi ilə bağlı rəsmi İrəvanın ittihamlarına cavab verən Zaxarova qeyd edib ki, sülhməramlı qüvvələrə qarşı səsləndirilən ittihamlar əsassızdır.

Saytların yığılması Saytların yığılması

“Ermənistan hakimiyyətinin Azərbaycanın Qarabağ bölgəsində Rusiya Sülhməramlı Kontingentinin fəaliyyəti ilə bağlı açıqlamaları destruktiv xarakter daşıyır.

Rusiya Federasiyası erməni siyasətçilərin Qarabağda Rusiya sülhməramlılarına qarşı ittihamlarını destruktiv hesab edir, bunlar faktlarla manipulyasiya etmək cəhdləridir”, – Rusiya XİN sözçüsü vurğulayıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bir sıra Ermənistan rəsmilərinin Rusiya sülhməramlılarını ittiham etməsini dekonstruktiv və reallığa uyğun olmayan adlandırıb:

“Biz bu bəyanatlarla bağlı dəfələrlə Rusiya tərəfinin mövqeyini təqdim etmişik. Biz qeyd etdik ki, onlar ikitərəfli münasibətlərə ancaq yeni problemlər gətirir və təbii ki, nə ikitərəfli gündəliyin güclənməsinə, nə də regional problemlərin həllinə heç nəyi dəstəkləmirlər.

Təəssüf ki, bu, yəqin ki, orada kiməsə fayda verir. Bunun Ermənistanda kiməsə xeyri var, yoxsa xaricdə kiməsə faydası var, bilmirəm. Həmin bəyanatları şərh edərkən deyim ki, bunlar məsuliyyətdən yayınmaq üçün faktları təhrif etmək cəhdləridir”.
Rusiya Ermənistan paytaxtında yanvarın 1-də faşistlərin yürüş keçirməsindən dərin narahatlıq keçirir. Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Bəli, biz bu kadrları gördük və yanvarın 1-də İrəvanın mərkəzində gənc faşistlərin yürüşünün baş tutmasını dərin narahatlıqla qəbul etdik. Əlbəttə ki, biz Ermənistanın asayişi qoruyan qüvvələrinin bu yürüşün iştirakçılarına, onların KİV-in iştirakı ilə kameralar önündə “nasist salamlarına” mane olmamasına təəccübləndik.

Ermənistan hakimiyyətinin buna reaksiyasının olmaması da təəccüb doğurur. Əminik ki, nasizmin bütün təzahürlərini kökündən kəsmək lazımdır”, – Rusiya XİN sözçüsü vurğulayıb.

Zaxarova 80 il bundan öncə ermənilərin ruslarla, digər xalqların nümayəndələri ilə birlikdə faşizm üzərində qələbə qazandığını xatırladıb.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun qonağı politoloq Oqtay Qasımovdur.

Bənzər yazılar