Top.Mail.Ru
Ölkə

SENSASİON GƏLİŞMƏ: Araik Arutyunyan ailəsini Azərbaycana gətirmək istəyir – VİDEO

Aparıcı Sevinc Telmanqızı TV Müsavat-ın canlı efirində Qarabağdakı separatçı rejimin keçmiş rəhbəri Araik Arutyunyanın Azərbaycanda qalmaq istəməsi xəbərindən danışıb. 

Qeyd edək ki, Araik Arutyunyanın Bakıda qalmaq istəməsi ilə bağlı Musavat.com rəsmi olmayan mötəbər qaynaqlardan məlumat alıb.

Məlumatda iddia olunur ki, hazırda Araik Arutyunyan və digər separatçı liderlərin istintaqı gedir: “Araik özünü çox mülayim, hətta yaltaqlıq dərəcəsində istiqanlı və əməkdaşlıq modunda aparır. Separatçıbaşı israrla vurğulayır ki, cəzasını çəkəndən sonra həyatına Azərbaycanda vətəndaş olaraq davam etmək istəyir. O, hazırda İrəvanda olan 3 qızını və həyat yoldaşını da Bakıya gətirmək istədiyini bəyan edib. O deyir ki, onlar onsuz da Azərbaycan vətəndaşlarıdır. Azərbaycanda doğulmuş, bütün həyatlarını burada yaşamışlar. Ehtimala görə, bütün bunlar Araikin taktikasıdır: simpatiya qazanmaq, ağır cəzadan yayınmaq, “ucuz yırtmaq” məqsədi ilə belə davranış sərgiləyir”.

Saytların yığılması Saytların yığılması

Ətraflı videoda:

Bənzər yazılar