SON DƏQİQƏ! Paşinyandan Qarabağ ermənilərinə SENSASİON ÇAĞIRIŞ

“Bir daha təkrar edirəm ki, əgər “Dağlıq Qarabağ”da aparılan danışıqlar nəticə verməsə, o zaman Ermənistan Respublikası erməni qardaş və bacılarımızı böyük qayğı ilə qarşılayacaq”.
Musavat.com xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, qondarma “Artsax” sakinlərinin təhlükəsiz yaşaması üçün beynəlxalq mexanizmlər tapılmasa, o zaman Ermənistan Respublikası onları ölkədə qəbul etməyə hazırdır.
Bundan başqa, Paşinyan heç vaxt müttəfiqlərinə xəyanət etmədiyini deyib:
“Lakin müttəfiqlərimiz təhlükəsizlik zəifliyimizdən istifadə edərək, etika, əxlaq, öhdəlik və müqavilələrə zidd olaraq qeyri-dost hərəkətlər edirlər. Biz ötən ilin dekabrında Roma Əsasnaməsini ratifikasiya etmək qərarına gəldik, məhz o zaman anladıq ki, KTMT və digər strukturlar bizim təhlükəsizliyimizə təminat verə bilmir. Qeyd etmək lazımdır ki, Roma Statutunun ratifikasiyası üçüncü tərəfə qarşı yönəlməyib”.