Top.Mail.Ru
Ölkə

Şoyqu və Gerasimovun həbsinə ORDER VERİLDİ

Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovun həbsinə order verib.

Musavat.com xəbər verir ki, bu barədə “BBC News” məlumat yayıb.

Saytların yığılması Saytların yığılması

Qeyd olunub ki, onlar Ukraynada mülki hədəflərə və şəxslərə hücumda ittiham olunur.

Məhkəmə bəyanatında deyilir ki, Şoyqu və Gerasimov 2022-ci ilin oktyabrından 2023-cü ilin 9 martına qədər baş vermiş hadisələrə görə məsuliyyət daşıyır.

BCM hakimləri onları Ukraynanın enerji infrastrukturuna raket hücumları ilə bağlı cinayətlərdə şübhəli bilirlər.

“Bu müddət ərzində Rusiya silahlı qüvvələri Ukraynanın bir çox bölgələrində elektrik stansiyalarına və yarımstansiyalarına çoxlu sayda hücumlar həyata keçirib”, – məhkəmənin mətbuat xidmətindən bildirilib.

BCM-nin Məhkəməyə qədərki Palatası hesab edir ki, bu cür hücumlar Ukraynanın mülki əhalisinə qarşı yönəlib və bu, hərbi cinayətdir.

Bənzər yazılar