Top.Mail.Ru
Ölkə

TƏCİLİ! Ərdoğan HAZIR olduqlarını ELAN ETDİ: “Daha böyük təhlükələr var və biz …”

“Əgər İsrail regionda daimi sülh istəyirsə, ekspansionist arzularının arxasınca getməyi dayandırmalı və 1967-ci il sərhədlərinə əsaslanan müstəqil Fələstin dövlətinin mövcudluğunu qəbul etməlidir. Bölgəmizdə sülhün, əmin-amanlığın və iqtisadi inkişafın yolu Fələstin dövlətinin yaradılmasından keçir”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dubayda keçirilən Dünya Hökumətlər Sammitində çıxışı zamanı deyib.

Saytların yığılması Saytların yığılması

O bildirib ki, Türkiyə sülhün təminatçısı kimi xidmət etməyə hazırdır:

“Türkiyə olaraq Qəzzada sülhün təminatçısı kimi xidmət etməyə hazırıq. İndiyədək Qəzzaya çatdırılmaq üçün bölgəyə 34 min ton humanitar yardım göndərmişik. Fələstinli qardaşlarımızı heç vaxt tərk edilmiş, köməksiz və tək qoymayacağıq. Daha çox qan tökülmədən, göz yaşları tökülmədən və bölgəmiz daha böyük təhlükələrlə üz-üzə qalmadan Qəzzada qətliamı dayandırmalıyıq. Mən vicdanlı ölkələri İordaniya, Suriya, Livan və Fələstin ərazilərindəki 6 milyon qaçqının həyat xətti olan agentliyi (UNRWA) dəstəkləməyə dəvət edirəm”.

Bənzər yazılar