Top.Mail.Ru
Ölkə

Türkiyə bu il xaricə 267 milyard dollarlıq məhsul ixrac edəcək – Ərdoğan

Bu il Türkiyənin ixracının həcmi 2023-cü ildəki 255,4 milyard dollardan 267 milyard dollara qədər artacaq.

Musavat.com xəbər verir ki, bu məlumatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda İxracatçılar Məclisinin nümayəndələri ilə görüşündə səsləndirib.

Saytların yığılması Saytların yığılması

Ərdoğan xatırladıb ki, may ayında ixrac 24,1 milyard dollara çatıb, 2023-cü ilin eyni dövrü ilə müqayisədə artım 11,4 faiz təşkil edib.

Prezidentin sözlərinə görə, 2023-cü ildən həyata keçirilən iqtisadi sabitləşdirmə proqramı öz bəhrəsini verir.

Mərkəzi Bankın valyuta ehtiyatlarının 45,2 milyard dollar artaraq 143,6 milyard dollara çatması buna sübutdur: “Türkiyə iqtisadiyyatı bu prosesin başa çatmasından sonra tamamilə fərqli mərhələyə qədəm qoyacaq”.

Qeyd edək ki, may ayında Türkiyədə inflyasiya illik müqayisədə 75,45 faiz təşkil edib. Maliyyə Nazirliyinin rəhbəri Mehmet Şimşək daha əvvəl bildirmişdi ki, respublika iqtisadiyyatı üçün ən pis dövr arxada qalıb, dezinflyasiya prosesinə girir və iyun ayında inflyasiya nisbətində azalma başlayacaq.

Bənzər yazılar