Top.Mail.Ru
Ölkə

Türkiyə Mərkəzi Bankından kəskin qərar: Uçot dərəcəsi 40 faizə qaldırıldı

Türkiyə Mərkəzi Bankı bu gün keçirilən iclasda növbəti dəfə əsas faiz dərəcəsinin kəskin artımına gedib.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mərkəzi Bankın qərarı ilə yeddi günlük repo əməliyyatları üzrə faiz dərəcəsi 5 faiz bəndi artırılaraq illik 35 faizdən 40 faizə çatdırılıb.

Saytların yığılması Saytların yığılması

Trading Economics və CNBC analitikləri orta hesabla 2,5 faiz bəndi artım gözləyirdilər. Lakin Türkiyə Mərkəzi Bankı ikiqat artıma getdi.
Hazırkı faiz dərəcəsi 2003-cü ilin ortalarından bəri ən yüksək səviyyədir. Göstərici inflyasiyaya qarşı mübarizə çərçivəsində bu ilin iyun ayından bəri ardıcıl olaraq altı dəfə – ümumilikdə 31,5 faiz bəndi artırılıb.

Mərkəzi Bank faiz artımı dövrünün yaxın gələcəkdə başa çatacağını açıqlayıb: “Mövcud pul siyasətinin sərtləşdirilməsi səviyyəsi deflyasiya kursunun müəyyən edilməsi üçün tələb olunan səviyyəyə çox yaxındır. Buna uyğun olaraq, pul siyasətinin sərtləşdirilməsinin tempi yavaşlayacaq və qısa müddət ərzində sikl başa çatacaq”.

İnflyasiya gözləntilərində bəzi yaxşılaşma əlamətlərinə baxmayaraq, Türkiyə Mərkəzi Bankı daxili tələb, xidmət sektorunda davamlı qiymət artımları və geosiyasi risklər kimi amillərlə bağlı inflyasiya təzyiqlərinin davam etdiyini etiraf edir. Oktyabr ayında ölkədə inflyasiya illik müqayisədə 61,36 faiz təşkil edib və gələn il qiymət artımı sürətinin sürətlənəcəyi ilə bağlı qorxular var: “Qiymət sabitliyinə inam əldə etmək üçün lazım olan müddət ərzində sərt pul siyasəti qüvvədə qalacaq”.

Qeyd edək ki, Türkiyə milli valyutası Mərkəzi Bankın qərarından sonra bahalaşmağa davam edib. Bu gün hərracların sonunda 1 dollar 28,77 lirə təşkil edib.

Bənzər yazılar