Top.Mail.Ru
Ölkə

Türkiyənin 7 vilayətində BÖYÜK ƏMƏLİYYAT- PKK-nın ocağını söndürdülər

PKK terror təşkilatının qış aylarında kənd yerlərində möhkəmlənməsinin qarşısını almaq üçün Türkiyənin 7 vilayətində “Kahramanlar-44” əməliyyatı keçirilib.

Musavat.com xəbər verir ki, daxili işlər naziri Əli Yerlikaya bu barədə X sosial şəbəkəsində məlumat paylaşıb.

Saytların yığılması Saytların yığılması

Məlumatda deyilir:

“Qış aylarında PKK terror təşkilatının kəndlərdə strukturlaşmasının qarşısını almaq üçün Bingöl, Hatay, Siirt, Şırnak, Giresun, Diyarbəkir və Tuncelidə “Kahramanlar-44” əməliyyatı keçirilib. Əməliyyatda Jandarma İHA və ATAK helikopterlərindən istifadə edilib və Jandarma Baş Komandanlığının rəhbərliyi altında 981 nəfərlik 72 qrup iştirak edib. Əməliyyat zamanı terrorçuların 18 sığınacağı məhv edilib, çoxlu sayda silah, sursat və partlayıcı qurğu ələ keçirilib”.

Bənzər yazılar