Top.Mail.Ru
Ölkə

Xocalı qatli Balasanyan da silah-sursatla polisə TƏSLİM OLDU – Son Dəqiqə

Qarabağdan Ermənistana qaçan terrorçu, “Xocalı qatili” Vitali Balasanyan silahlarını ölkə polisinə təhvil verərək təslim olub.

Erməni mediası “İravunk.am” xəbər verir ki, bu barədə Balasanyan 16 ədəd 9 mm-lik güllə və “Makarov” tapançasını polisə təhvil verib.

Saytların yığılması Saytların yığılması

Faktla bağlı polis idarəsində sənədlər tərtib edilərək Ermənistan İstintaq Komitəsinin aidiyyəti qurumuna göndərilib.

” Ermənistan Respublikasının İstintaq Komitəsindən bildirilib ki, 335-ci maddənin 1-ci hissəsi ilə cinayət işi başlanıb”, – deyə məlumatda qeyd edilib.

Bənzər yazılar