Top.Mail.Ru
Ölkə

Abramyan: “Paşinyanı dəstəkləyən hər kəs Ermənistana xəyanət edir”

“Məşhur mətbuat konfransında Paşinyan 4 kəndin geri qaytarılması mövzusunu açdı və bundan dərhal sonra iqtidar təbliğatçıları bu tezisi yaymağa başladı: sən demə təslim ediləcək 4 kənd Tavuş vilayətinin inzibati ərazisində yerləşmir və onlar təhvil verilməlidir”.

Musavat.com erməni mediasına  istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin müxalif deputatı Tiqran Abramyan yazıb.

Saytların yığılması Saytların yığılması

Abramyana görə, Paşinyan bu əraziləri “sadəcə birtərəfli qaydada təslim edir”.

“Azərbaycanın tələblərini və Bakıya birtərəfli güzəştləri qanuniləşdirmək üçün əxlaqsızlıq yarış başlayıb.

Xəyanət hakimiyyətin güzəşt siyasətini birbaşa və dolayısı ilə dəstəkləyən hər kəs tərəfindən eyni dərəcədə icra edilir”, – deyə revanşist deputat bildirib.

Bənzər yazılar