Top.Mail.Ru
Ölkə

İrana BÖYÜK ZƏRBƏ vurulur: Bombardmançılar bir anda havaya qalxdı

Xəbər verdiyimiz kimi, ötən həftə İordaniyanın şimal-şərqindəki ABŞ hərbi bazasına pilotsuz uçuş aparatları ilə hücum edilib. Hücum nəticəsində 3 ABŞ əsgərinin ölüb, çoxlu sayda əsgər yaralanıb. ABŞ prezidenti Co Bayden İranı günahlandırsa da, İran ittihamları rədd edib. Bayden hücumu “qəbuledilməz” hesab edib və sərt cavab vəd edib. Keçmiş prezident Donald Tramp “Üçüncü Dünya müharibəsi”nin astanasında olduğumuzu iddia edib, respublikaçı senator Lindsey Graham isə Baydeni İrana zərbə endirməyə çağırıb.

İranın dəstəklədiyi İraqın “Kətaib Hizbullah” milis qruplaşmasının İordaniyadakı Amerika bazasına hücumuna “cavab verəcəyini” açıqlayan ABŞ fevralın 2-də əməliyyata başlayıb. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İraq və Suriyada İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələri və ona bağlı milis qruplarına qarşı hava hücumları həyata keçirdiklərini açıqlayıb. ABŞ prezidenti Co Bayden İordaniyada öldürülən Amerika əsgərlərinin dəfn mərasimində iştirak etdikdən sonra əməliyyat üçün düyməyə basılıb.

Saytların yığılması Saytların yığılması

Musavat.com xəbər verir ki, Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi əməliyyatın uğurlu keçdiyini düşündüklərini bildirib. O, əməliyyatın ümumilikdə təxminən 30 dəqiqə davam etdiyini deyib, brifinq toplantısında iştirak edən ABŞ Birləşmiş Qərargah Rəisləri rəhbəri, briqada generalı Duqlas Sims isə ümumilikdə 7 hücum nöqtəsindən 3-nün İraqda, 4-nün isə Suriyada olduğunu bildirib. Kirbi əlavə edib ki, hücumlar yaxın günlərdə də davam edəcək.

Amerikalı briqada generalının verdiyi digər məlumata görə, hava zərbələrində iki B-1 Lancer ağır bombardmançı təyyarəsi də iştirak edib.

Bildirilib ki, on tonlarla bomba daşımaq gücünə malik B-1 təyyarələri ABŞ-dan birbaşa Yaxın Şərqə bir anda uçub və yolda yanacaq doldurub. Son aylarda Suriya və İraqa hava hücumları həyata keçirərkən F-16 və F-15 döyüş təyyarələrinə üstünlük verən ABŞ-ın bu dəfə ağır bombardmançı təyyarələrdən istifadə etməsi diqqət çəkib. Səlahiyyətlilər B-1B-lərin haradan havaya qalxdığını açıqlamasa da, sosial şəbəkələrdə təyyarələrin Texasdan və İngiltərədən havaya qalxması ilə bağlı yazılar da diqqət çəkib. Bölgədəki təyyarədaşıyan donanmasının da aktiv olduğu və PUA-larla yanaşı qanadlı raketlərin də istifadə edildiyi də şərh edilib.

Bənzər yazılar