Top.Mail.Ru
Ölkə

Rusiyadakı azərbaycanlılara BƏD XƏBƏR – Deportasiya təhlükəsi QAPIDA

Rusiya Əmək Nazirliyi miqrantlarla bağlı qanun layihəsi hazırlayıb. Bu qanun layihəsinə əsasən, miqrantlar öz profillərinə uyğun işləmədikləri halda Rusiyadan çıxarılacaqlar. Rusiya Əmək Nazirliyinin yaydığı məlumata görə, miqrantlara onları dəvət etmiş müəssisələrdə işləməkdən imtina etdikləri təqdirdə ölkəni tərk etmələri üçün 15 gün vaxt veriləcək. Sənəd işəgötürənlərin təşkilati işə qəbulla bağlı marağını artırmaq və bu mexanizmi prioritet kimi təmin etmək məqsədi daşıyır.

Şimal qonşumuzda miqrantlarla bağlı belə bir qanun layihəsinin hazırlanmasına əsl səbəb nədir? Əgər yeni qanun qəbul olunarsa, bu, Rusiyadakı azərbaycanlı miqrantlara, onların həyat səviyyəsinə necə təsir edəcək?

Saytların yığılması Saytların yığılması

Musavat.com xəbər verir ki, mövzu ilə bağlı Medianews.az-a danışan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, vəkil Sahib Məmmədov bildirib ki, Rusiyanın miqrasiya qanunvericiliyi Azərbaycan qanunlarından fərqlidir.

Vəkilin sözlərinə görə, Rusiya əməkçi miqrantlar və onların ailə üzvlərinin müdafiəsi haqqında BMT Konvensiyasına qoşulmayıb: “Rusiyada bizdən fərqli olaraq, iş icazəsini şəxslər özləri alırlar. Lakin aldıqları iş icazəsi region və peşələr üzrə ola bilər. Məsələn, Yekaterinburq şəhəri üzrə konkret peşəyə təyinat, iş icazəsi verilir. Reallıqda isə həmin şəhərdən və peşədən kənarda işləyən çoxalır. Yəni, miqrantlar hansısa peşədə çalışmaq üçün göndəriş, yaxud hansısa digər bir sənəd alırlar, amma sonradan sui-istifadə hallarına yol verirlər. Onları işə götürənlərlə bir az işlədikdən sonra başqa işə düzəlirlər. Yaranmış vəziyyəti tənzimləmək üçün Rusiyada belə bir qanun qəbul edirlər. Bu qanuna görə, iş icazəsinin qaydalarını pozanlar üçün tədbir görüləcək və onlar ölkədən çıxarılacaqlar”.

S.Məmmədov deyib ki, yeni qanunun qəbulundan və qüvvəyə minməsindən sonra Rusiyadakı miqrantların, o cümlədən iş icazəsindən təyinatı üzrə yararlanmayan azərbaycanlıların da deportasiya olunması mümkündür: “Görünür ki, miqrasiya sahəsində ixtisaslaşmış qurum Rusiyada araşdırma aparıb və sui-istifadə hallarının çox olması faktını ortaya çıxarıb. Görürlər ki, insanlar icazəli olduğu regionda, dəvət edildiyi müəssisədə yox, başqa bir regionda və müəssisədə işləyirlər. Ona görə də bunun qarşısını almaq istəyirlər. Mən belə fikirləşirəm. Bu qanunun qəbulu oradakı azərbaycanlı miqrantların da vəziyyətinə təsir edə bilər. Əgər Rusiyaya işləməyə gedən Azərbaycan vətəndaşları arasında belələri çoxdursa, onları qanun qüvvəyə mindikdən sonra deportasiya təhlükəsi gözləyə bilər. Bu səbəbdən də tövsiyə edərdim ki, harada işləyirlərsə, oraya uyğun olaraq rüsum ödəyib icazə alsınlar. Əks təqdirdə müəyyən problemlərlə üz-üzə qalacaqlar”.

Bənzər yazılar