Top.Mail.Ru
Ölkə

Sülh sazişi gündəmdən ÇIXDI – Müharibə bütün sərhədləri aşacaq

Rusiya Prezidenti Vladimir Putin ötən gün Şimali Koreyaya işgüzar səfər edib.  Bildirilib ki, V. Putini Pxenyan hava limanında Şimali Koreya lideri Kim Çen In qarşılayıb. Bu, Rusiya Prezidentinin 2000-ci ildən bəri Şimali Koreyaya ilk səfəridir.

Kim Çen In ötən ilin sentyabrında Rusiyaya səfərində Vladimir Putinlə görüşüb. O bu zaman rusiyalı həmkarını ölkəsinə səfərə dəvət edib və dəvət qəbul edilib. Cənubi Koreya Rusiya ilə Koreya Xalq Demokratik Respublikası (KXDR) arasında əməkdaşlıq və müdafiə sazişi bağlandıqdan sonra Ukraynaya silah tədarükü məsələsinə baxa bilər.

Saytların yığılması Saytların yığılması

Bu barədə ölkənin milli təhlükəsizlik müşaviri Çanq Ho-cin mətbuat konfransında bildirib. İyunun 19-da Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen In ilə hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalayıb.

Ukraynaya hücumun əvvəlində əhəmiyyətli itkilər verən Rusiya aviasiyası, demək olar, iki ilə yaxın müddətdə hərbi əməliyyatlarda əhəmiyyətli rol oynamayıb. Lakin keçən qışdan etibarən nəzərəçarpacaq dərəcədə aktivləşib. Ukraynada hava hücumundan müdafiə sistemlərinin çatışmazlığı və köhnə sovet bombalarının modernləşdirilməsi Rusiya Hərbi Hava Qüvvələrinə Ukraynadakı hərbi mövqeləri və dinc şəhərləri kütləvi şəkildə bombalamağa başlamağa imkan verib.

Bəs Putinin son zamanlar Şərq ölkələrinə səfəri müharibənin miqyasının genişlənəcəyindən xəbər verir?

Məsələ ilə bağlı News24.az-a danışan Politoloq Elçin Xalidbəyli bildirib ki, Putinin Şərq ölkələrimnə səfəri artıq nüvə silahına hazırlıqdan xəbər verir:

“Rusiyanın sülh sazişi üçün öz şərtləri var və hər keçən gün bu şərtlər daha da ağırlaşır. Ukraynanın hazırda işğal etdiyi əraziləri Rusiyanın ərazisi kimi rəsmən tanımalıdır, Ukrayna NATO-ya üzv olmasın və Ukraynanın ərazisində xarici ölkənin hərbi bazası saxlanılmasın. Bu kimi tələblər mövcuddur. Bununla belə Putin bu şərtləri irəli sürməklə sulh sazişinə hazır olduğunu da göstərir. Amma ABŞ və Qərb hələlik Ukrayna savaşının davam etməsində maraqlıdır və üstəlik son vaxtlar Ukraynaya daha müasir hərbi texnika verildiyindən Rusiyanın vəziyyəti çətinləşməyə başlayıb. Rusiyaynın dərinliklərinə ciddi zərbələr edirilir”.

Politoloq qeyd edib ki, artıq belə bir stuasiyada savaşın qloballaşma ehtimalları artıb. Onun sözlərinə görə, Rusiya bu stuasiyaya hazırlaşır, əgər savaş daha geniş areala yayılarsa, Rusiyanın NATO ölkələri ilə apardığı savaşda məğlub olacağı qətiyyən şübhə doğurmur:

“Ruslar isə məğlub olmamaq üçün əllərində daha bir faktor saxlayıblar. Bu da nüvə silahıdır. Əgər Rusiyanın məğlub olması qaçınılmaz olarsa, mütləq nüvə silahından istifadə olunacaq. Qərb ilk öncələr Putinin bu təhdidlərini uydurma hesab edirdilər, amma artıq son vaxtlar buna inanmağa başlayıblar. Artıq hər kəsə aydındır ki, ən çıxılmaz variantda Putin nüvə silahının düyməsinə basa bilər. NATO-nun baş katibi də üzv olan ölkələrə müraciət edib ki, nüvə silahının döyüşə hazır vəziyyətə gətirilməsi vacibdir”.

Elçin Xalidbəyli əlavə edib ki, Putinin Şərq ölkələrinə səfərində təxminən nüvə müharibəsinə hazırlığın əlamətləridir müşahidə olunur. Şimali Koreya həm nüvə silahına, həm də digər kütləvi qırğın silahlarına sahibdir. Şimali Koreya istənilən halda ABŞ-a zərbə endirməyə qadirdir.

Bənzər yazılar