Top.Mail.Ru
ÖZƏL

Rusiya dost olmayan ölkələrə torpaqlarından bu məqsədlə istifadəni QADAĞAN ETDİ

Rusiya hökuməti dost olmayan ölkələrə avtomobil nəqliyyatı üçün Rusiya ərazisindən istifadə etməyi qadağan edib.

KAİM.az xəbər verir ki, bu barədə Rusiyanın baş naziri Mixail Mişustin fərman imzalayıb.

Saytların yığılması Saytların yığılması

Fərmana əsasən, dost olmayan ölkələrə bundan sonra avtomobil nəqliyyatı üçün Rusiya ərazisindən istifadəyə icazə verilməyəcək.

Müxtəlif ərzaq, geyim və texnoloji məhsullar, eləcə də tibbi ləvazimatlar isə qadağadan azad edilib.

Qeyd edək ki, bundan öncə Avropa İttifaqı ölkələri Rusiyanın avtomobil nəqliyyatında Avropa torpaqlarının istifadəsinə müxtəlif məhdudiyyətlər qoymuşdu.

Kənan Bahadır

Bənzər yazılar