Top.Mail.Ru
ÖZƏL

Binəqədi bələdiyyəsindən qanunu tapdalamaq üçün vətəndaşa ÇİRKLİ TƏKLİF – ŞİKAYƏT

Binəqədi qəsəbə bələdiyyəsi Azərbaycan Respublikasının qanunlarına qarşı çıxmağı azmış kimi, vətəndaşı da bu cinayət əməlinə ortaq etmək istəyir.

Bu barədə KAİM.az-a şikayətçi Hüseynov Ramin tərəfindən məlumat verilib.

İddiaya görə, Binəqədi qəsəbə bələdiyyəsi vətəndaşdan maddi vəsaitini tam ödəyərək aldığı torpağın bir hissəsinin digər vətəndaşa verilməsini, əvəzində həmin ərazinin yanında yol məqsədilə ayrılmış torpaq sahəsini mənimsəməsini tələb edir.

Cinayət tərkibli addımın arxa pərdəsi, dövlət qanunlarına tabe olmaqdan boyun qaçırmağa təhrik edən amillər, vətəndaşı qanun pozuntusuna ortaq edərək, ona arxa-dayaq duracağını söyləmək və sanki, hansısa xeyriyyə işinə imza atırmış kimi arxayınlıqla bu addımı atmaq hər bir şəxsdə əsaslı şübhələr yaradır və düşünməyə vadar edir.

Vətəndaşın əldə etdiyi məlumatlara və dövlət tərəfindən təsdiqlənmiş sənədlərə əsasən həmin ərazi yoldur. Lakin, sözügedən bələdiyyənin Faiq adlı səlahiyyətli nümayəndəsi dövlət qərarlarını və qanunlarını görməzdən gələrək, ərazidə yolun nəzərdə tutulmadığını bildirir.

Bələdiyyənin gələcəkdə ərazidə yoxlama aparacaq hər hansı dövlət qurumunun hesabatından və cəzasından çəkinməməsi, vətəndaşı öz maraqlarına uyğun addım atmağa məcbur etməsi həm dövlət qanunlarına hörmətsizlik kimi qiymətləndirilir, həm də vətəndaş auditoriyasında konstitusiyaya tabe qurumun sanki azad və müstəqil quruluş olduğu təsəvvürünü yaradır. Cəmiyyətdə belə yalnış təsəvvürün yaradılmasının, toplumun “cib xeyri”nə uyğun yönləndirilməsinin fəsadlarını isə hər halda, Azərbaycan Respublikasının rifahını, cəmiyyətin əmin-amanlıq şəraitində yaşamasını həzm edə bilməyən bəzi şəxslər hesablamayıb.

Xatırlatmaq istərdik ki, bu tipli məmurların gələcək taleyi ilə bağlı ölkə başçısı cənab İlham Əliyev dəfələrlə xəbərdarlıq edib.

Görünən odur ki, Binəqədi bələdiyyəsi belə taleyüklü məsələlərə laqeyd yanaşır…

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button