Top.Mail.Ru
ÖZƏL

Zelenski iddialı DANIŞDI: “Ruslar silahlarını atıb QAÇDILAR, ordumuz Avropanın ən güclülərindən OLACAQ”

“Qərbdən gələn silah yardımları haqqında onu deyə bilərəm ki, Rusiyanın bu barədə nə düşündüyü bizi maraqlandırmır. Ruslar da bizə silahla çox kömək etdilər. Onlar silahlarını yerə atıb qaçıblar”.

KAİM.az bildiriri ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski digər ölkələrin Ukraynaya silah yardımlarını dəyərləndirərkən deyib.

Ukrayna hökümət başçısı hazırda davam edən müharibəni də qiymətləndirib:

“Ruslar ölkəmizi müstəqil görmürlər. Dəyərlərimizə, mədəniyyətimizə hörmət etmirlər.  Düşünürlər ki, bizim azadlıq və yaşamağa haqqımız yoxdur. Biz buna qarşı vuruşuruq. Silahımız güclü olduğu müddətcə mübarizə apararaq işğal olunmuş torpaqlarımızı geri alacağıq. Biz onların müvəqqəti işğal etdikləri əraziləri geri qaytarağıq və bu onilliklərdə olmayacaq. Biz uzun müddət torpaqlarımızı qoruyacaq bir ölkəyə çevrilmişik. Qalib gəldiyimiz zaman Avropanın ən güclü və təcrübəli ordularından biri olacağıq”, – deyə Zelenski bildirib.

Sadiq İsmayılov

 

 

 

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button