ÖZƏL
BMT əlini masaya VURDU! Quterreş Ərdoğan, Putin və Zelenski ilə GÖRÜŞƏCƏK

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş bazar ertəsi danışıqlar aparmaq üçün Ankaraya gedəcək.
KAİM.az Türkiyə mətbuatına istinadən bildirir ki, BMT baş katibi əvvəlcə Ərdoğanla, ardınca isə Rusiya Prezidenti Vladimir Putin və Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə danışıqlar masasına oturacaq.
Quterreşin sözçüsü Eri Kaneko bildirib ki, Quterreş çərşənbə axşamı Putinlə və Rusiya xarici işlər naziri Sergey Lavrovla nahar etmək üçün Moskvaya gedəcək.
Bununla yanaşı Quterreşin cümə axşamı Ukraynada Zelenski və Ukrayna xarici işlər naziri Kuleba ilə birlikdə BMT rəsmiləri ilə görüşəcəyi açıqlanıb.
Sadiq İsmayılov