ÖZƏL
Zelenski bu gün ABŞ rəsmiləri ilə GÖRÜŞƏCƏK

“Sabah ABŞ-dan nümayəndə heyəti gələcək və mən müdafiə naziri və xarici işlər naziri ilə görüşəcəyəm. Düşünürəm ki, təhlükəsizlik bərpa olunanda ABŞ prezidenti gəlib Ukrayna xalqını dəstəklədiyini bəyan edəcək”.
KAİM.az bildirir ki, bu sözləri Ukrayna hökümət başçısı Volodimir Zelenski dünən keçirdiyi mətbuat konfransında deyib.
Belə ki, Zelenski bu gün ABŞ dövlət katibi Antoni Blinken və müdafiə naziri Lloyd Ostinlə görüşəcəyini açıqlayıb.
Vurğulayaq ki, Blinken və Ostin Kiyevə səfər edən ilk ABŞ rəsmiləri olacaqlar.
Sadiq İsmayılov