ÖZƏL
Ukrayna AÇIQLADI: “Odessada insanlar cəhənnəmdəki kimi YANIR”

Rusiya qoşunlarının Odessa şəhərinə təşkil etdiyi hücumlar nəticəsində həyatını itirənlərin sayının 8-ə yüksəldiyi açıqlanıb.
KAİM.az bildirir ki, bu haqda Odessa meri Gennadiy Truhanov məlumat yayıb.
O, axtarış-xilasetmə işlərinin görüntülərini yayımlayaraq bunları deyib:
“3 aylıq uşaq da daxil olmaqla 8 nəfər ölüb. Heyvanlar, insanlar və ümumiyyətlə buradakı bütün canlılar cəhənnəmdəki kimi yanır”, – deyə Truhanov bildirib.
Sadiq İsmayılov