ÖZƏL
Ukrayna Aİ-yə qəbul EDİLMƏMƏLİDİR – Avstriya XİN

“Ukraynanı dəstəkləməliyik, əlaqələrimizi yaxşılaşdırmalıyıq, lakin bu bizim onları Aİ üzvü, hətta namizəd statusu verməmizi əsas gətirmir. Biz Ukraynanı Avropa iqtisadi zonasına daxil edə bilərik. Beləliklə, münasibətlərimizi yaxşılaşdıra bilərik”.
KAİM.az bildirir ki, bu sözləri Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq ölkəsinin Lex şəhərində keçirilən 14-cü Avropa Media Sammitində çıxışı zamanı deyib.
Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleh Nikolenko sözügedən açıqlamaları dəyərləndirib:
“Strateji baxımdan dar düşüncəli bəyanatdır. Biz hesab edirik ki, bu açıqlama vahid Avropanın maraqları ilə ortaq deyil.
Sadiq İsmayılov