ÖZƏL
Makron pomidor ATƏŞİNƏ TUTULDU, mühafizəçilər ÇƏTİR AÇDI

Fransada həftəsonu keçirilən prezident seçkilərinin ikinci turunda Marin Le Peni geridə qoyaraq növbəti dəfə prezident seçilən Emmanuel Makron Parisdə gözlənilməz hücuma məruz qalıb.
KAİM.az bildirir ki, Makron seçkilərdən bir neçə gün sonra Parisin şimal-qərbində yerləşən Cergydə ictimaiyyətlə görüşüb və orada yaşayan insanların reaksiyası ilə qarşılaşıb.
Belə ki, bölgədəki insanlar Fransa dövlət başçısının üzərinə pomidorlarla hücum çəkiblər.
Əlavə edək ki, təhlükəsizlik qüvvələri Sent-Kristof küçəsindəki bazarda dolaşan Makronu qorumaq üçün çətir açıb.
Sadiq İsmayılov