ÖZƏL
Kanadadan Ukraynaya hərbi YARDIM – Ən son buraxılış zirehli maşınlar Kiyevə GÖNDƏRİLƏCƏK

“Kanada “Roshel” şirkətinin istehsalı olan səkkiz zirehli maşının alınması üçün müqavilə imzalayıb və bu maşınlar ən qısa zamanda ukraynalı dostlarımıza təhvil veriləcək”.
KAİM.az bildirir ki, bu sözləri Kanadanın milli müdafiə naziri Anita Anand deyib.
O, bu barədə öz rəsmi Twitter hesabında bildirib.
Nazir əlavə edib ki, Kanada Ukraynaya hərtərəfli hərbi yardım göstərməyə davam edəcək.
Vurğulayaq ki, Kanada ölkədə mövcud olan 37 ədəd “M-777” haubitsasından dördünü Ukraynaya göndərib.
Sadiq İsmayılov