Top.Mail.Ru

ÖZƏL

Rusiya dövlət televiziyasında SKANDAL GÖRÜNTÜ! Nüvə hücumunun xəritəsi YAYIMLANDI – FOTO

Ötən gün Rusiyanın “Rossiya 1” dövlət televiziyasında yayımlanan canlı müzakirə proqramında iştirak edən ekspertlər və moskvayönlü analitiklər Rusiyanın Avropaya nüvə raketləri ilə vura biləcəyi əraziləri göstəriblər.

KAİM.az bildirir ki, bu haqda sözügedən kanalın “60 dəqiqə” verilişində mövzu masaya yatırılıb.

Syasətçi Aleksey Juravlyov Rusiyadan atılacaq nüvə raketlərinin bir neçə saniyəyə Avropanın paytaxtlarına çata biləcəyini bildirib:

Loading...
Yazının davamı reklamdan sonra

“Sarmat raketi göndərsək, Britaniya adaları deyə bir şey olmayacaq”, – deyə ekspert qeyd edib.

Verilişin qonağı olan başqa bir siyasətçi Avropanın da nüvə silahı ilə cavab verə biləcəyini söyləyib və belə bir ehtimalın yaşanması durumunda dünyada heç kimin sağ qalmayacağının altını cızıb.

Televiziyada yayımlanan xəritədə raketlərin Rusiyanın Kalininqrad bölgəsindən göndərilməsi durumunda Berlinə 106, Parisə 200, Londona isə 202 saniyəyə çata biləcəyi vurğulanıb.

Xatırladaq ki, bir müddət əvvəl Putin ölkəsində inkişaf etdirilən hipersəs raketlərinin bütün müasir müdafiə sistemlərini məğlub edə biləcəyini deyərək, payıza doğru Böyük Britaniyanı vura biləcəklərini bildirmişdi.

Sadiq İsmayılov

 

 

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button