Putin qərarını VERDİ! Rusiyada SƏFƏRBƏRLİK, Ukraynada isə HƏRTƏRƏFLİ MÜHARİBƏ

Rusiya prezidenti Vladimir Putinin bir neçə gün sonra Ukraynada total müharibə, Rusiyada isə səfərbərlik elan edəcəyi iddia edilib.
KAİM.az bildirir ki, bu haqda Rusiya və Qərb rəsmilərindən olan mənbələrə məlumat yayıb.
Bildirilir ki, Putin Ukraynada müharibənin bir neçə həftəyə bitəcəyinə inanırdı, ancaq işğalın uzanması Rusiyada gərginliyə səbəb oldu. Bundan narahat olan rus komandirləri hücumları artırmaq üçün ölkədə səfərbərlik və Ukraynada hərtərəfli müharibə elan edilməsini Putindən tələb ediblər.
Vurğulayaq ki, Böyük Britaniyanın müdafiə naziri Ben Uolles qeyd edib ki, Putin mayın 9-da keçiriləcək qələbə günü tədbirlərində ehtiyatda olan hərbçilərin Ukraynadakı müharibəyə cəlb edilməsi üçün səfərbərlik elan edə bilər.
NATO-nun keçmiş komandanı Riçard Şerif söyləyib ki, Qərb ölkələri Rusiyanın hücumları ilə bağlı ən pis ssenariyə hazır olmalıdırlar.
Sadiq İsmayılov