Top.Mail.Ru

ÖZƏL

Zelenski Rusiyanın itkilərini AÇIQLADI: “Minlərlə rus əsgəri daha ÖLDÜRÜLƏCƏK”

“Ukraynaya hücum üçün şərqdən əlavə qüvvələr gətirən, Donbassda təzyiqi artıran və Xarkovda əlavə qüvvələr yaradan Rusiya indiyədək müharibədə 23 min əsgərini itirib”.

KAİM.az bildirir ki, bu sözləri Ukrayna dövlət başçısı Volodimir Zelenski söyləyib.

O, bu rəqəmin daha da artacağını vurğulayıb:

Loading...
Yazının davamı reklamdan sonra

“Mart-aprel aylarında demək olar ki, tamamilə məhv edilmiş və ya xeyli zəifləmiş bu bölmələrə döyüş təcrübəsi az olan şəxsi heyət. cəlb olunur.

Rusiya hakimiyyəti yaxın həftələrdə daha minlərlə əsgərinin öldürüləcəyini və yaralanacağını çox yaxşı bilir. Onu da deyim ki, rus əsgərlərinin hələ də sağ qalmaq şansı var. Düşünürəm ki, onlar üçün öz ölkələrində sağ yaşamaq Ukraynada ölməkdən daha yaxşıdır”, – deyə Zelenski qeyd edib.

Sadiq İsmayılov

 

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button