Top.Mail.Ru

ÖZƏL

Rusiya ordusu dur-duraq BİLMİR – Donetskdə mülki insanlar, Odessada isə hava limanı BOMBALANDI

Rusiya ordusu Ukraynada mülki insanları hədəfə almaqda davam edir. Bu dəfə onlar Donetsk vilayətinə hücum ediblər.

KAİM.az bildirir ki, bu haqda Ukraynanın Donetsk vilayətinin qubernatoru Pavlo Kyrylenko məlumat verib.

“Rus ordusunun bu gün Donetskdə həyata keçirdiyi hücumda 4-ü uşaq olmaqla 9 mülki şəxs yaralanıb. Dobropilliyada 3, Drobışevdə 1, Luqansk vilayətində daha 1, Mariupol şəhərində isə 3 mülki şəxs xəsarət alıb. Donetsk vilayətində müharibə başlayandan indiyədək 286 nəfər həyatını itirib, 890 dinc sakin isə yaralanıb”, – deyə qubernator qeyd edib.

Loading...
Yazının davamı reklamdan sonra

Bununla yanaşı, Rusiya ordusun Ukraynanın liman şəhəri Odessadakı hava limanını bombalayıb. Sözügedən hücumlarından sonra hava limanında uçuş-enmə zolağının ciddi zədələndiyi və yararsız hala düşdüyü bildirib.

Xatırladaq ki, ötən həftə Rusiyanın Odessaya hücumları nəticəsində 8 nəfər həlak olub.

Sadiq İsmayılov

 

 

 

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button