ÖZƏL
Ermənistan polisi Qarabağdan İrəvana gedən avtomobildən iki pulemyot aşkar edib

Hüquq-mühafizə orqanları Qarabağdan İrəvana gedən avtomobildən iki pulemyot aşkar ediblər.
KAİM.az bildirir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Hadisə mayın 1-də saat 06:40-da ölkənin Sünik rayonunun Sisian şəhəri yaxınlığındakı magistralda baş verib.
Loading...
Yazının davamı reklamdan sonra
Avtomobildə olan 3 vətəndaşdan biri saxlanılıb. Hazırda faktla bağlı araşdırma aparılır.
Polis bir daha vətəndaşlara qanunsuz silah və sursat saxlamağa görə cinayət məsuliyyətinin olduğunu xatırladıb.