Top.Mail.Ru

ÖZƏL

Lavrovun təhqiramiz ifadələrinə görə Rusiya səfiri İsrail XİN-ə çağırılıb

Rusiya səfiri Anatoli Viktorov Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bəyanatına aydınlıq gətirilməsi üçün İsrail Xarici İşlər Nazirliyinə çağrılıb.

KAİM.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Rusiya xarici işlər naziri Sergey Lavrovun təhqiramiz ifadələrindən sonra Rusiyanın İsraildəki səfiri Avrasiya departamentinin baş direktorunun müavini ilə izahat xarakterli söhbət üçün Xarici İşlər Nazirliyinə çağırılıb”, – deyə nazirlikdən bildirilib.

Loading...
Yazının davamı reklamdan sonra

Lavrov bir müddət əvvəl Ukraynada “nasifikasiya”nın mövcudluğu barədə fikir bildirmişdi. Onun sözlərinə görə, əsir götürülən Ukraynanın “Azov” və “Aydar” hərbi batalyonları, eləcə də digər birləşmələrin hərbçilərinin “svastika, nasist batalyonlarının simvolu və döymələri” var. O, Volodimir Zelenskinin arqument kimi irəli sürdüyü “əgər mən yəhudiyəmsə, hansı nasizmdən söhbət gedə bilər?” fikrinə cavab olaraq deyib ki, bu heç bir əhəmiyyət daşımır: “Müdrik yəhudi xalqı deyir ki, ən qızğın antisemitlər adətən yəhudilər olur”.

Daha sonra İsrailin xarici işlər naziri Yair Lapid rusiyalı həmkarının bu sözlərini “bağışlanmaz və təhqiramiz bəyanat, həm də dəhşətli tarixi səhv” hesab etdiyini vurğulayıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button