Top.Mail.Ru

ÖZƏL

Zelenski Qərbin əmri ilə Ərdoğanı TƏNQİD ETDİ: Türkiyə ilə dostluq BİTƏ BİLƏR – TƏHLİL

Siyasi ekspert, beynəlxalq münasibətlər üzrə araşdırmaçı Kamal Aliyev
Siyasi ekspert, beynəlxalq münasibətlər üzrə araşdırmaçı Kamal Aliyev

Ukrayna prezidenti Volodimir Zelenski Yunanıstanın “ERT” kanalına müsahibəsində deyib ki, Türkiyə bir tərəfdən vasitəçi rolunu üzərinə götürüb və ölkəmi dəstəkləyir, digər tərəfdən isə Rusiyadan gələcək turistlər üçün hazırlıqlara başlayıb.

V. Zelenski daha sonra belə deyib:

“Prezident kimi söyləməliyəm ki, dost münasibətlərə sahib olmaq istəyiriksə, belə şeylər olmamalıdır. Bu, doğru deyil və ikili standartdır. Düşünürəm ki, Türkiyə bir seçim etməlidir”

Loading...
Yazının davamı reklamdan sonra

Hörmətli Ukrayna prezidenti iki aydan çoxdur ki, normal yatmır, istirahət eləmir. Ölkəsi Rusiya ilə ölüm-dirim savaşı verir, vətənin qurtuluşu üçün ukraynalılar bədəl ödəyir və Zelenskinin stres yaşadığı məlumdur.

Ancaq hörmətli Zelenski bilir ki, Ankara Dardanel və Bosfor boğazlarını Rusiya gəmilərinin üzünə bağlayıb.

Bundan əlavə, Türkiyə istehsalı “Bayrakdar – TB 2” PUA-ları Ukraynada işğalçı rusların başına oyun açır. Açığı deyim ki, məsələ heç də Rusiyadan Türkiyəyə gələcək turistlərdə deyil. Görünür, Zelenskini danışdıran ABŞ və Böyük Britaniyadır. Çünki, Ukrayna geosiyası poliqon, döyüş isə Qərb və Rusiya arasındadır.

Qarşıdurma dünya və Rusiya arasında getmir. Geopolitik hesablaşma var və bu, Qərb və Rusiya arasındadır. Nə Latın Amerikası ölkələri, nə də Afrika İttifaqı bu münaqişədə tərəfdir. Çin və Hindistan da tərəfsiz mövqe sərgiləyir.

Maraqlıdır ki, bir müddət əvvəl Zelenski Yunanıstan parlamentində onlayn çıxış edərkən, ötən əsrdə Anadoluda türkləri öldürən bir yunan təşkilatına mədhiyə düzürdü. Və Zelenski onun da fərqindədir ki, Yunanıstan-Türkiyə münasibətləri sərindir. Belə olan təqdirdə, Ukrayna prezidentinin yunan kanalında Türkiyəni haqsız çıxarması yerinə düşmədi.

Bu, olmadı, Mr. Zelenski.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button