Top.Mail.Ru

ÖZƏL

Putinlə Makron arasında iki saatlıq GÖRÜŞ: Rusiya Ukrayna ilə danışıqlara HAZIRDIR

Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

KAİM.az bildirir ki, Kremlin mətbuat xidməti görüşün 2 saatdan çox davam etdiyini və və liderlərin Ukraynadakı son hadisələri müzakirə etdiklərini açıqlayıb.

Məlumata görə, Rusiya hökümət başçısı Ukraynaya edilən silah yardımlarına üçün Avropa ölkələrini tənqid edib.

Loading...
Yazının davamı reklamdan sonra

Belə ki, o müharibənin bitməsi üçün əvvəlcə Ukraynaya silah yardımlarına son verilməsinin vacibliyini vurğulayıb.

Görüşdə həmçinin, Ukrayna və Rusiya arasındakı danışıq ehtimalları və ərzaq təhlükəsizliyi mövzularınada toxunulub:

“Rusiya prezidenti Ukrayna nümayəndələri ilə danışıqlara prinsipial yanaşmalar göstərərək, Kiyevin qeyri-sabitliyinə və ciddi işləmək istəməməsinə baxmayaraq, Rusiya tərəfinin hələ də dialoqa açıq olduğunu vurğulayıb. Fransa tərəfi qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı yaranan problemlə bağlı narahatlığını ifadə edib. Bu kontekstdə Vladimir Putin bu məsələ ilə bağlı vəziyyətin ilk növbədə Qərb ölkələrinin sanksiya tədbirləri ilə mürəkkəbləşdiyini vurğulayaraq, qlobal logistika və nəqliyyat infrastrukturunun maneəsiz işləməsinin vacibliyinə diqqət çəkib”, – deyə Kremlin bəyanatında qeyd edilib.

Vurğulayaq ki, Putin görüş zamanı Fransada keçirilən prezident seçkilərində ikinci dəfə qalib gələn Emmanuel Makronu təbrik edib.

Sadiq İsmayılov

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button