Top.Mail.Ru

ÖZƏL

Ermənistanda hökumət əleyhinə etirazlar DAVAM EDİR – Paşinyan Qarabağ məsələsinə görə…

Ermənistanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazçılar mayın 1-dən etibarən nümayişlərini davam etdirirlər.

KAİM.az xarici mənbələrə istinadən xəbər verir ki, Paytaxt İrəvanın ən kritik əlaqə nöqtələrindən biri olan Kiyev körpüsünü yük maşınları ilə nəqliyyat vasitələrinin hərəkətinə bağlayan nümayişçilər parlament binasına yaxın küçələrdə zibil konteynerləri ilə barrikadalar qurublar.

İrəvanın əsas dairəvi yol birləşmələrində nəqliyyatın hərəkəti dayanıb. Polisin müdaxilə etdiyi nümayişlərdə onlarla etirazçının saxlanıldığı bildirilib.

Loading...
Yazının davamı reklamdan sonra

Ermənistan müxalifəti Paşinyanın Dağlıq Qarabağ torpaqlarını təhvil verməsi və xarici siyasətdə müti mövqe sərgiləməsi səbəbilə onun “dövlətə xəyanət” maddəsi ilə mühakimə olunmasını istəyir.

Ermənistan prokurorluğuna müraciət edən dissidentlər də Paşinyanın istefasını tələb edirlər.

Vurğulayaq ki, Mayın 1-dən “Vətəndaş itaətsizliyi” aksiyalarına başlayan müxalifət tələbləri yerinə yetirilənə qədər aksiyalarını davam etdirəcəklərini açıqlayıb. Ötən gün Ermənistanda hökumət əleyhinə keçirilən nümayişlərdə 200-dən çox adam saxlanılıb və onlar qısa müddət sonra sərbəst buraxılıb.

Sadiq İsmayılov

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button