Top.Mail.Ru

ÖZƏL

Taliban çətin VƏZİYYƏTDƏDİR: Əfqanıstanda dəhşətli DAŞQIN – Onlarla ölü və yaralı…

Əfqanıstanda leysan yağışları daşqınlara səbəb olub.

KAİM.az bildirir ki, bu haqda Əfqanıstan yerli mənbələri məlumat yayıb.

Bildirilib ki, seldə 22 nəfər həyatını itirib, 40 nəfər isə yaralanıb.

Loading...
Yazının davamı reklamdan sonra

Ölkənin 12 vilayətində təsirli olan leysan yağışları nəticəsində 500 evin dağıldığı, 2 min evə ziyan dəydiyi öyrənilib. Həmçinin qeyd olunub ki, daşqın nəticəsində ən azı 300 heyvan tələf olub, təxminən 1214 hektar kənd təsərrüfatı sahəsinə ziyan dəyib.

Sözügedən daşqınlardan ən çox Qor, Badgis, Pərvan, Samanqan, Fəryab və Bağlan əyalətləri zərər çəkib.

Vurğulayaq ki, Beynəlxalq Qırmızı Xaç Təşkilatı daşqın bölgələrində yardım işlərini davam etdirərkən, Taliban rəsmilərinin kömək üçün beynəlxalq təşkilatlara müraciət etdiyi bildirilir.

Sadiq İsmayılov

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button