Top.Mail.Ru

ÖZƏL

Rusiya cavab tədbirləri GÖRÜR: 4 danimarkalı diplomat ölkədən ÇIXARILDI

Rusiya höküməti 4 Danimarkalı diplomat və 3 əməkdaşını ölkədən çıxarıb.

KAİM.az bildirir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik həmçinin bəyan edib ki, Rusiya yaxın günlərdə düşmənçilik hərəkətlərinə qarşı əlavə tədbirlər görmək hüququnu özündə saxlayır.

Loading...
Yazının davamı reklamdan sonra

Danimarkanın xarici işlər naziri Jeppe Kofod Rusiyanın verdiyi qərarı təsdiqləyib:

“Bu tamamilə ədalətsiz və olduqca problemli bir qərardır. Rusiya artıq real dialoq və diplomatiya qurmaq istəmir”, deyə o bildirirb.

Kofod həmçinin bildirib ki, ötən ay deportasiya edilən 15 rusiyalı işçi diplomat deyil, kəşfiyyat agenti olub.

Xatırladaq ki, Danimarka ötən ay Ukraynanın Buça şəhərində kütləvi məzarlıqlar və mülki şəxslərin öldürülməsi ilə bağlı yayılan xəbərlərdən sonra paytaxt Kopenhagendəki səfirliyindən 15 rus əməkdaşını qovmuşdu.

Sadiq İsmayılov

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button