Top.Mail.Ru

ÖZƏL

Bir jurnalist daha savaşın qurbanı OLDU – Ukraynalı qəzetçi HƏYATINI İTİRDİ – ƏTRAFLI

Rusiya və Ukrayna arasında baş tutan müharibə davam edərkən,  Ukraynanın Xarkov şəhərində baş verən qarşıdurmada bir jurnalist həyatını itirib.

KAİM.az bildirir ki, Ukraynanın Odessa vilayətinin Bolhrad Şəhər Şurası verdiyi açıqlamada jurnalist və Ukrayna ordusunun leytenantı Maksim Medinskinin Rusiya ordusu ilə toqquşmada həlak olduğunu açıqlayıb.

“Bizim soydaşımız 2014-cü ildə çəkinmədən Ukraynanı müdafiə etməyə, Ukraynanın həqiqi müstəqilliyi üçün mübarizəyə başladı. O, hərbi və dövlət xidmətini layiqincə yerinə yetirdi. Heç bir təsəlli sözü onu oğul, ər və ata kimi geri qaytara bilməz. Ailəsinə deyiləcək heç bir söz onların hiss etdikləri ağrı və çarəsizliyə kölgə sala bilməz”, – deyə bəyanatda deyilir.

Loading...
Yazının davamı reklamdan sonra

Vurğulayaq ki, 33 yaşlı jurnalist Kiyev Milli Universitetinin jurnalistika fakültəsini bitirib və müxtəlif qurumlarda çalışıb. Medinski 2014-cü ildə könüllü olaraq Rusiya-Ukrayna müharibəsində iştirak edib. Bildirilib ki, vəzifəsinin 1 ilini cəbhədə, 4 ayını isə Donetsk şəhərində yerinə yetirən Medinski fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsinə qatılıb.

Sadiq İsmayılov

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button