Top.Mail.Ru

ÖZƏL

Heç kimə torpağımızdan bir parça da verməyəcəyik – ZELENSKİ

Ukrayna prezidenti Vladimir Zelenski Sovet İttifaqının faşist Almaniyası üzərində qələbəsinin ildönümü olan və Rusiya tərəfindən bu gün Moskvada Qırmızı Meydanda mərasimlə qeyd olunan Qələbə Günü çərçivəsində müraciət edib.

KAİM.az Ukrayna hökümət başçısının açıqlamalarını təqdim edir:

“Ukraynalı filosof Qrihoriy Skovoroda deyir ki, “Məkrli düşməndən təhlükəli heç nə yoxdur, amma yalançı dostdan zəhərli də heç nə yoxdur”. Biz bu həqiqəti yalançı dost müharibə elan edəndə anladıq.  Bu iki ordunun savaşı deyil, iki dünyagörüşünün savaşıdır. Skovoroda Muzeyini bombalayan və raketlərinin bizim fəlsəfəmizi məhv edə biləcəyinə inanan barbarların apardığı müharibədir. Bu onları narahat edir, onları qorxudur. Bunun mahiyyəti ondan ibarətdir ki, biz öz yolu ilə azad insanlarıq. Biz bu gün bu yolda döyüşürük və heç kimə torpağımızdan bir parça da verməyəcəyik”, – deyə Zelenski bildirib.

Loading...
Yazının davamı reklamdan sonra

Sadiq İsmayılov

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button