Top.Mail.Ru

ÖZƏL

Ukraynalı qocanı öldürən rus əsgəri ömürlük azadlıqdan MƏHRUM EDİLƏCƏK

 Ukraynalı mülki şəxsin ölümü ilə bağlı ilk rus əsgərinin məhkəməsinə başlanılacaq.

KAİM.az bildirir ki, bu haqda Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Qeyd edilib ki, Rusiya əsgəri Ukraynanın Sumi şəhərində 62 yaşlı mülki şəxsi öldürdüyü üçün ona qarşı ittiham aktı hazırlanıb.

Loading...
Yazının davamı reklamdan sonra

Sözügedən əsgərin 32010 saylı hərbi hissədən olan 21 yaşlı Vadim Şişimarin olduğu vurğulanıb.

Ukraynanın baş prokuroru İrina Venicetova sosial media hesabından verdiyi açıqlamada rus əsgərini 10 ildən 15 ilədək və ya ömürlük həbs cəzası gözlədiyini bildirib.

Xatırladaq ki, Rusiya əsgərinin fevralın 28-də Sumi rayonunun Çupaxivka kəndində velosiped sürən silahsız 62 yaşlı mülki vətəndaşı yol kənarında öldürdüyü iddia edilir.

Sadiq İsmayılov

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button