Top.Mail.Ru

ÖZƏL

DƏHŞƏTLİ QƏZA: Kamerunda təyyarə meşəyə DÜŞDÜ – Ölən və yaralananlar…

Dünən Kamerunun “Yaounde Nsimalen” Beynəlxalq Hava Limanından uçuşa qalxan və göyərtəsində 11 nəfərin olduğu kiçik təyyarə qısa müddət ərzində paytaxt Yaoundenin təxminən 150 kilometr şimal-şərqində yerləşən meşəlik əraziyə düşüb.

KAİM.az-ın məlumatına görə, bu haqda Kamerun Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sözügedən təyyarənin qüllə ilə əlaqəsi kəsilib və onun qalıqları daha sonra meşəlik ərazidə tapılıb.

Loading...
Yazının davamı reklamdan sonra

Bununla yanaşı, qəzadan sonra xilasetmə qruplarının hadisə yerinə göndərildiyi qeyd edilib.

Verilən açıqlamaya görə, sözügedən qəzanın səbəbi hələlik məlum deyil.

Vurğulayaq ki, hadisədə ölən və ya yaralananların olub-olmadığı ilə bağlı hələlik rəsmi açıqlama verilməyib, həmçinin mövzu ilə bağlı araşdırmalara başlanılıb.

Sadiq İsmayılov

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button